Hər gördüyünə və ya eşitdiyinə inanmağa, fikir bildirməyə və dərhal hökm verməyə məcbur deyilsən.
Səbirli və təmkinli ol ki, qul haqqına girmiş olmayasan.
Buna görə də Allah, hətta müsəlman birisinin gətirmiş olduğu xəbərə dərhal inanmamağı, pis zənn və qeybət edərək yaymamağı, əksinə - öz mənbəsindən dəqiqliklə araşdırmağı əmr etmişdir:
"Ey (Allaha və imtahan gününə) iman edənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz." (Hucurat, 6).