Yəqin ki, hər bir insanın ən az bir dəfə də olsa burnu qanayıb. Bəzilərində isə bu hal daha çox olur. Dünyada sübut edilib ki, hər il insanların təxminən 5-10 %-i fəal şəkildə burun qanaxması ilə qarşılaşır.
Bu qanaxmalar bəzən ciddi xəstəliklərin göstərişi ola bilər. Yəni 90%-i öz-özünə keçib getdiyi halda, digər 10%-nə həkim müdaxiləsi mütləqdir.
Bəs görəsən, burun qanaxmasına səbəb nədir? Bunun 8 əsas səbəbini təqdim edirik:
1. Burnu barmaqla və ya hər hansı əşyayla eşmə - Bu, xüsusilə uşaqlarda tez-tez rast gəlinən hadisədir.
2. Travmalar - Hər hansı plastik əməliyyat, üzgüçülük və ya suya baş vurma zamanı yaranan təzyiq, uzunmüddətli spreylərdən istifadə burun qanaxmasına gətirib çıxarır.
3. Burun çəpərində əyrilik - Bu, normal hava axınını pozduğu üçün nəfəs yolunda quruma başlayır və qanaxmaya səbəb olur. Əməliyyatla problem həll olunarsa, qanaxmalar da yoxa çıxar.
4. İstilik sistemləri - Xüsusilə, qış aylarında istilik sistemlərinin nəfəs yollarında yaratdığı quruluq, infeksiya səbəbindən uşaq və yeniyetmələrdə burun qanaxmasına daha çox rast gəlinir.
5. Şişlər - Burun daxilindəki şişlər və sinuslar qanaxmaya səbəb olan amillərdəndir.
6. Hormonal pozğunluq - Hamiləlik dövründə qanın miqdarının artması səbəbindən burun qanaxmalarına tez-tez rast gəlinir.
7. Ürək-damar xəstəlikləri - Yüksək təzyiq, ürək çatışmazlığı kimi problemlər qanaxmalara səbəb olur.
8. Hemofiliya (qanın laxtalanmaması) - Anadangəlmə və ya sonradan yaranan bu xəstəlik daşıyıcıların həyatı üçün böyük risk yaradır. Belə xəstələrdə burun qanaxması tez-tez ortaya çıxan əlamətdir.