Qeydiyyat

Bu qadınların 4 burun dəliyi var

1 916
Bu qadınların 4 burun dəliyi var




Bu qadınların 4 burun dəliyi var - Səbəbi isə təəcüb yaradır Sekiller

Səudiyyə ərəbistanlı fotoqraf Ömər Reda şimal-şərqi Hindistanın Apatani kəndində yaşayan qadınların illərdir sürdürdüyü bir ənənəyə diqqət çəkib.

Reda Apatani qadınlarının burunlarına nə səbəblə burun tıxacı taxdıqlarını öyrəndikdə təəcübləndiyini deyib.
Burunlarının kənarına yerləşdirilən qara burun tıxacları Hindistandakı Apatani qadınlarının qırışmış üzlərini önə çıxarır. Bu qəribə ənənənin səbəbi isə köhnə dövrlərdə qəbilələr arasında qadınların qaçırılmasıdır. Apatani qəbiləsi öz qadınlarını digər qəbilələrin qadınları ilə qarışdırmamaq üçün burunlarına dəlik açırdılar. Beləliklə qaçırılan qadınların öz qəbilələrindən və ya başqa qəbilələrdən olduqları bilinirdi.

Qonşu qəbilənin kişilərinə qarşı daha az çəkici hala gəlmək üçün burunlarının kənarlarına tıxac taxan və döymə etdirən qadınlar zaman keçdikcə mədəni bir hadisəyə dönüşüb.

Döyməli xətlər alnının yuxarısından alt çənəyə doğru düz şəkildə çəkilib. Bu ənənə 1970-ci ildən bəri davam etdirilmir, amma qeyri-adi ənənə bu kəndə turist çəkməyə davam edir.

Qəbilədə Donyi-Polo adlanan din hökm sürür və əhali Günəş və Aya dua edir.


Bu qadınların 4 burun dəliyi var
Bu qadınların 4 burun dəliyi var
Bu qadınların 4 burun dəliyi var
Bolme: Sekiller / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: