Qeydiyyat

Quranı xətm edərkən yol verilən yanlışlar

567


Nümunə olaraq götürdüyümüz saleh insanların Ramazanı nə cür keçirdiklərinə nəzər yetirdikdə, bu ayda Quranı dəfələrlə xətm etdiklərini, Quranı az qala əllərindən yerə qoymadıqlarını görürük. Bir çoxumuz bu nəqlləri bilir və paylaşaraq bir-birimizə göndəririk. Bundan ibrət alaraq, etməyə çalışanlarımız da az deyil. Bu sevindiricidir. Lakin, nəzərdən qaçırdığımız bir nüans vardır..

Quran elə bir kitabdır ki, mənası anlamadan oxunulduqda belə qəlbə inanılmaz mənəvi rahatlıq, həzz və bərəkət verir. Çünki Quran, hər mənada bir möcüzədir. Bunda şübhə yoxdur. Lakin, Quranın var olmasındakı ilk əsas məqsəd bu deyil, oxunaraq başa düşülməsidir. Təəssüf ki, çoxumuz sadəcə olaraq üzündən oxumağa çalışır, mənaları üzərində düşünmək üçün səy göstərmirik. Dil bilməyən nə etsin ki? - deyə bilərik, düzdür. Aydındır ki, Quranı oxumağı bacaran insanlarım əksəriyyəti ərəb dilini bilmir (əslində heç ərəb dilini bilmək də bəzən kifayət etmir). Lakin, bu, üzürlü hal deyildir. Belə olan halda, orijinalını (ərəbcədən) oxumaqla bərabər, tərcümə və təfsirlərə də mütləq müraciət edilməlidir. Yalnız bu halda, Quranın əsl məqsədini həyata keçirmiş və nümunə olaraq götürdüyümüz saleh insanların nəyə görə bu qədər çox xətm etməyə çalışdıqlarını anlaya bilərik.

Uzun sözün qısası: bu ayda gözəl şəkildə oxunmuş, məna və təfsirləri üzərində çalışılmış 10 səhifə (daha da çox ola bilər əlbəttə), heç nə anlamadan edilmiş xətmlərdən daha faydalı olacaqdır. Ramazan məhz buna görə Quran ayıdır, bu qədər rəhmət, möhtəşəm abu-hava, xeyir və bərəkət də məhz buna görədir. Quran oxunulsun, anlaşılsın, insanı xeyirli yönə doğru dəyişsin və həyata ruh verərək, ölmüş qəlbləri diriltsin deyə.. Ramazana xas olan bütün digər əməllər bu əsas keçid qapısından sonra gəlir.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: