Qeydiyyat

İslamda analara münasibət

426


Azərbaycan dilində övladı olan qadına ana deyilir. Ana məhəbbəti, Mehriban ana, Anasına bax, qızını al! Öz balalarına nisbətən heyvan, balası olan heyvana balası olduğu üçün özünə anası deyilir. Quzular analarını əmirlər. Yaşlı qadına müraciət etdikdə də bizdə ana sözü işlənir. Ana, bir az su verin. Bir şeyin əsas qismi, kökü mənasında da ana sözü işlənir. Məsələn: Ana çay, Ana zoğ, Ana dili və s.

"Umm" sözü ərəb-dilində "uşağın özündən doğulduğu qadın (validə) kimi məşhur mənasından başqa daha ümumi olaraq, hər hansısa bir əşyanın başlanğıcında və ya varlığında, yetişdirilməsində və yaxşılaşdırılmasında əsas ünsürü ifadə edir. Məşhur Ərəb dilçi-alimi Xəlil ibn Əhməd əl-Fərahidinin fikrincə hər hansısa bir məsələdə daha sonra gələnlərin özünə bağlı olduğu hər bir şeyə "umm" deyilir. Necə ki, bütün elmlərin qaynağı olan Lövhü-Məhfuza "Ummul-Kitab" deyilmişdir. ((Rağib əl-İsfahani, əl-Mufradat.)) "Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur." (Zuхruf surəsi, 4).

Qurani-Kərimdə ana sözünün əvəzinə validə sözü də işlənmişdir. Validə sözü bir çox ayələrdə keçir. Əhzab surəsinin 6-cı ayəsində Muhəmməd peyğəmbərin xanımları möminlərin anaları olaraq göstərilmişdir. Ayəni oxuyaq:

"Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun övrətləri (möminlərin) analarıdır." (Əhzab surəsi, 6).

İslam hüququna görə ana baxımından bir uşağın nəsəbi, özünü dünyaya gətirən qadına nisbət edilir. Buna görə də başqa bir şərtə ehtiyac olmadığı kimi bir qadının dünyaya gətirdiyi, doğduğu uşağı rədd etməsi mümkün deyil.

Ana insanın dünyaya gəlməsi üçün böyük bir səbəbdir. Dünyaya gəlməyimizdə böyük əziyyətləri olan analarımızın haqqını nə qədər etsək də, ödəyə bilmərik. Ananın haqqının böyük olmasını Allahın Rəsulu belə xəbər vermişdir:

İbrahim ibn Abdullah əl-Həkəmi, Muhamməd bin Abdullah əl-Ənsaridən, Əbu Asim ən-Nəbildən (Allah hamısından razı olsun), dedilər:

- Bizə Bəhz ibn Həkim atasından, o da babasından belə dedi:

- Dedim:

- Ya Rəsulullah! Kimə daha çox yaxşılıq edim?

Dedi:

- Anana!

Dedim:

- Sonra kimə?

Dedi:

- Sonra anana! Sonra atana! Sonra daha yaxından olanlara, sonra ondan sonra olan yaxınlarına!

Gördüyümüz kimi Allahın Rəsulu (с) anamıza xüsusi olaraq iki dəfə diqqət yetirməyimizi bizə tövsiyə edir. Əlbəttə, atanın haqqı da böyükdür və bu yazıda sadəcə anaya aid fəziləti qeyd etdim.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: