Qeydiyyat

Hər gün yumurta yeyilərsə orqanizmdə nələr baş verər?

603


Yumurta ən qiymətli qida vasitələrindən biri sayılır. Onun tərkibi dəmir, aminturşuları və antioksidantlarla zəngindir.

Təbii yollarla bəslənmiş toyuq yumurtasının tərkibindəki qiymətli maddələrin dəyəri isə onun tərkibində hormonların və antibiotiklərin olmaması səbəbindədir.

İnsan orqanizmin 11 növ əvəzolunmaz yağ turşusu istehsal edir. Bu yağ turşuları orqnizmin funksiyalarının normal fəaliyyət göstərməsi üçün vacib sayılır. Yumurtanın tərkibində bu yağ turşularının 9 -u var. Bu yağ turşuları xroniki yorğunluğu aradan qaldırır, dərinin və saçların sağlamlığını qoruyub saxlayır, immun sistemin möhkələnməsinə səbəb olur.

Gün ərzində 1-2 ədəd yumurta yemək immun sistemi möhkələndirir, orqanizmi infeksiya xəstəliklərin yoluxmaqdan qoruyur. Buna səbəb yumurtanın tərkibindəki selen və mikroelementlərin çox olmasıdır.

Yumurtanın tərkibindəki aminturşuları orqanimdəki həyəcanı və stressi aradan qaldırır, insanın psixi sağlamlığını qoruyur. Bunun səbəbi yumurtanın tərkibindəkilərin orqanizmdə serotoninin miqdarını artırmasıdır. Serotonon orqanizmə rahatlıq, sakitlik və xoş əhval-ruhiyə bəxş edən hormondur.

Yumurta dişlərin və sümüklərin də möhkəmlənməsinə səbəb olur. Buna səbəb də onun tərkibində D vitaminin çox olmasıdır.

Yumurta dərinin sağlamlığına təsir edir, görməni yaxşılaşdırır, qara ciyərin fəaliyyətini yaxşılaşdırır. Bu da onun tərkibində B2 və B12 vitaminlərinin çox olmasıdır.

Hər gün yumurta yemək insanın sinir sistemini möhkəmləndirir.

Hər gün yumurta yemək çəkinin azalmasına səbəb olur. Bəzi dietoloqlar hətta gün ərzində yanlız yumurta yeməklə pəhriz saxlayıb sağlam arıqlamağı məsləhət görürlər.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: