Qeydiyyat

Allah bilsin, bu mənə yetər!

536


Adam var, dünyaya xoş görünmək istəyər, istəyər ki, onu öysünlər, tərifləsinlər, getdiyi hər yerdə hörmət-izzət göstərsinlər; adam da var, dönüb dünyanın üzünə də baxmaq istəməz, yaxşı bir işi oldumu, dünyadan da gizləyər, onun içindəkilərdən də...

"Allah gördümü, Allah bildimi, bu mənə yetər, başqalarının bilmələrini, görmələrini istəmirəm" düşüncəsi ilə yaşayan bu insanlar hər əməlinin qarşılığını ancaq Allah-Təaladan diləyərlər. Ehsan şüuru, yəni Allahı öz qarşısında görürmüş kimi Ona ibadət edən, hər məqamda "Mən Allahı görməsəm də, Allah məni görür" məntiqi ilə yaşayan bu insanlar tarixin hər mərhələsində dünyanın müxtəlif coğrafiyalarında boy veriblər.

İmam Zeynəlabidin Rəsulullahın (s.ə.s.) soyundan gələn QIZIL ZƏNCİRdə yer almış mübarək zatlardan biridir və onun həyatı bu sahədə örnək göstərilməyə layiq gözəlliklərlə doludur.

Mədinənin kasıbları hər səhər yuxudan ayılanda evlərinin qapısında ərzaq dolu bir kisə görərdilər. Onlar bu vəziyyətə elə alışmışdılar elə bilirdilər ki, elə belə də olmalıdır. Bu vəziyyət aylar, illər uzunu davam edir. Bir səhər kasıblar yuxudan oyanıb hər gün qapıda görməyə adət etdikləri ərzaq torbasını görmürlər. Aradan az keçməmiş xəbər yayılır ki, Peyğəmbərimizin nəticəsi İmam Zeynəlabidin Haqqın rəhmətinə qovuşub. Hamı tez İmamın evinə axın edir. İmam Zeynəlabidinin cənazəsini yuyat yerinə götürürlər və az sonra qəssal (meyiti yuyan, meyitə qüsl verən) hönkürərək özünü yuyat yerindən bayıra atır. Səbəbini soruşanlara da deyir ki, hər gecə kasıbların qapısına ərzaq kisəsi daşıyan adam elə bu mübarək zat imiş. Adamlar İmam Zeynəlabidinin cansız cəsədinin çiynindəki kəndir yağırını görüb, göz yaşlarını saxlaya bilmirlər.
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: