Qeydiyyat

Alimlər hüceyrələri cavanlaşdırmağın yolunu tapıblar

330


Böyük Britaniyanın Babraham İnstitutunun tədqiqatçıları insan dərisini 30 il cavanlaşdıran üsul icad ediblər. Alimlər əsas funksiyalarını itirmədən hüceyrələrin qocalmasının qarşısını ala bilməyə nail olublar.

Mütəxəssislərin köhnə hüceyrələrin funksiyalarını bərpa etdikləri, həmçinin bioloji yaşın molekulyar göstəricilərini daha "gənc" vəziyyətə gətirdikləri bildirilir. Buna əsas hüceyrə fəaliyyətinin saxlanması və hüceyrələrin yenidən proqramlaşdırılması arasında balansın qorunması sayəsində nail olunduğu qeyd olunur.

Alimlər epigenetik DNT nişanlarının cəminə və hüceyrə tərəfindən sintez edilən bütün genlərin cəminə əsaslanaraq, yenidən proqramlaşdırma həyata keçiriblər. Aydın olub ki, belə hüceyrələr öz bioloji yaşından 30 il daha gəncdir. Bu kəşf isə yeni terapevtik imkanlar açır.
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: