İltihabın 5 əsas əlaməti var:
1. Qızartı.
2. Şişkinlik.
3. Ağrı.
4. Tempraturun yüksəlməsi.
5. Funksiyaların pozulması.
Bu əlamətlər haqqında Qədin Yunanıstan və Roma alimlərinin əsərlərində verilən məlumatlar hələ də öz əhəmiyyətini qoruyub saxlayır.
Qızartı iltihab ocağında arteriolların, venaların və kapiliyarların genişlənməsi, həmçinin qanın hərəkət sürəti azaldığına görə, toxumaların al-qırmızı rəngi göy rənglə (sioanoz) əvəz olunur. İltihabın əmələ gətirdiyi qızartı damar keçiriciliyinin artması, ekssudasiya və hüceyrə proliferasiyası ilə əvəz olunur.
Şikinlik iltihabın inkişafının ilk dövrlərində zədələnmə ocağının damarlarına çoxlu qan gəlməsi nəticəsində yaranır. İltihab ocağına infiltiratın və ətrafında əmələ gələn ödemli toxumalarının daha artıq şişməsinə səbəb olur.
Ağrı osmos təzyiqin yüksəlməsinə səbəb olan maddələrin və kalium ionlarının hissi sinir reseptorlarının qıcıqlandırdığı üçün əmələ gəlir. İltihab ocağında toplanan eksudat və hüceyrə infiltratı hissi sinirlərə mexaniki təsir göstərməkələ ağrı törədir. Bəzən xəstələr iltihab ocağında pulsasiyaedici ağrıdan şikayət edirlər. Bu iltihab ocağında arteriolların genişlənməsi və kapilyar nəbzinin yaranması nəticəsində, hissi reseptorların mexaniki qıcıqlanması ilə əlaqədardır.
Temperaturun yüksəlməsi iltihab ocağına arterial qanın sürətlə gəlməsi və maddələr mübadiləsinin sürətlənməsi ilə əlaqədardır. Bədənin iltihab olan hissəsinə arterial qanın axını sürətlənir və temperatur yüksəlir.
Funksiyaların pozulması iltihabın çox təsadüf edilən əlamətlərindəndir. Bəzi iltihabı proseslərdə yalnız zədələnmiş orqanın funksiyası pozulur. Lakin çox vaxt iltihabla əlaqədar olan funksional dəyişikliklər bütün orqanizmi əhatə edir.