Türkiyə şairi və bəstəkarı Kerim Neşe Büyükarslan 2 il əvvəl Rafet El Romana qarşı iddia qaldırdığı məhkəmədə qalib gəlib.
Büyükarslan Rafet El Romanın ortağı olduğu "RER Music Production" və "El Roman Music Production" şirkətləri ilə müqavilə bağladığını bildirib və qarşı tərəfin zidd hərəkət etdiklərini iddia edib.
Büyükarslan iddia edib ki, müqavilədə üç mahnı və özünəməxsus bir maksi sinqlının "Emre Grafson Music" tərəfindən yayımlanacağı qeyd edilsə də, "El Roman Music"dən buraxılıb.
Məhkəmə, Rafet El Roman və "RER Music Production" şirkətinin 20 min avro təzminat ödəməsinə qərar verib.