Qeydiyyat

"Evlilik təklifi edəndə köpük vannasında idim" {Cennifer Lopez}

471

"Evlilik təklifi edəndə köpük vannasında idim"


Müğənni Cennifer Lopez sevgilisi Ben Afflekdən ikinci dəfə necə evlilik təklifi almasından danışıb.

Cey Lo bildirib ki, təklifi alarkən köpük vannası qəbul edirmiş:

"Şənbə gecəsi ən çox sevdiyim yerdə - köpük vannasında idim. Sonra sevgilim içəri girdi, diz çökdü və mənə evlilik təklif etdi. Bunu gözləmirdim, 20 ildən sonra bunun yenidən baş verdiyini anlamağa çalışaraq onun gözlərinə baxdım. Gülümsədim, eyni zamanda ağladım, susdum və o soruşdu: "Bu, "hə" deməkdir?". "Hə, əlbəttə ki, hə!" deyə, ona cavab verdim.

Burada xüsusi heç nə yox idi, amma təsəvvür edə biləcəyim qədər ən romantik an idi: evdə, sakit şənbə gecəsi, iki nəfər hər zaman bir-birinin yanında olacağını vəd edir. Əsl sevgi üçün ikinci şansı olan iki xoşbəxt insan".

O, həmçinin qeyd edib ki, yaşıl həmişə onun şanslı rəngi olub və belə də olacaq.

Qeyd edəb ki, ifaçının 8,5 karatlıq yaşıl brilyantlı nişan üzüyü 10 milyon dollar (17 milyon manat) dəyərində qiymətləndirilir.

Onu da qeyd edək ki, Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar. Onlar 17 illik ayrılıqdan sonra ötən il yenidən bir araya gəliblər.
Bolme: Meshurlar
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: