Müğənni Lətifə Soyuöz həmkarlarının verilişə çıxmaq üçün telekanal rəhbərlərindən qonorar istəməsinə münasibət bildirib.
Sənətçi Əməkdar artist Nigar Şabanovanın "Bu gün kanallardan pul istəyəcək dərəcədə yüksək veriliş yoxdur. Böyük orkestrla gələrəm, 2 saat konsert nümayiş etdirəcəm, danışmayacam, fasiləsiz oxuyacam və sənət göstərəcəm, onda da pul istəyərəm" sözlərini dəstəkləyib:
"Bizdə o dərəcədə hər şey inkişaf etməyib ki, bir-birimizdən nəsə tələb edək. Başa düşürəm, efirə çıxmaq üçün saç, makiyaj, geyim böyük məbləğ tələb edir. Bir, iki, üç gün efirdəsən. Yaxşı görünməlisən, başqa ixtiyarın yoxdur. Bu da pul tələb edir. Bəzən müğənnilər efirə çıxmağa da məsuliyyətsiz yanaşırlar".