Qeydiyyat

Afət Fərmanqızı Rusiya vətəndaşlığını aldı

446






Müğənni Afət Fərmanqızı Rusiya vətəndaşlığını alıb.

Afət Fərmanqızı bu barədə sosial şəbəkədə paylaşım edib.

Müğənni bu işdə ona yardım edən vəkilə təşəkkür edib.

Afət Fərmanqızı açıqlamasında Rusiya vətəndaşlığını alması ilə xəbərə şərh vermək istəməyib. O, bununla bağlı vəkili Elvina Abramova ilə əlaqə saxlamağı tövsiyə edib.

Vəkil Elvina Abramova Afət Fərmanqızının Rusiya vətəndaşlığını alması xəbərini təsdiqləyib.

Bildirib ki, müğənni 2012-ci ildə Rusiya vətəndaşlığını qəbul edib:

"Afət Fərmanqızı Rusiya vətəndaşlığını alan zaman bunu ictimailəşdirməmişdi. Onun Rusiyaya köçməsi ilə əlaqədar indi qərara aldıq ki, bu suallara cəm şəkildə cavab verək".

Məsələnin hüquqi tərəfi isə fərqlidir. Azərbaycan vətəndaşlığını daşıyan şəxs başqa bir ölkənin vətəndaşlığını qəbul edə bilərmi? Qəbul edə bilərsə, o, Azərbaycan vətəndaşlığından çıxarılırmı?


Hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, Azərbaycanda ikili vətəndaşlıq 2014-cü ildə ləğv olunub: "Əgər Rusiya vətəndaşlığı 2014-cü ildən öncə alınıbsa, bu qərarın ona təsiri yoxdur. 2014-cü ildə qanunvericilikdə edilən dəyişikliyə əsasən, Azərbaycanın vətəndaşlığını tanımayan ölkə ilə ikili vətəndaşlıq alına bilməz.

Qanuna əsasən, hansısa bir şəxs digər ölkənin vətəndaşlığını qəbul edirsə o bu barədə 1 ay müddətində aidiyyəti qurumlara məlumat verməlidir. Əks halda inzibati məsuliyyətə cəlb oluna bilər. 2014-cü ilə qədər isə bu tələb yox idi".

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə Lent.az-a açıqlamasında Azərbaycan qanunvericiliyinin ikili vətəndaşlığa icazə vermədiyini deyib:

"Hər hansı bir Azərbaycan vətəndaşı digər ölkənin vətəndaşlığını alırsa, birindən imtina etməlidir. İstər vətəndaşlığı 2010-cu ildə alsın, istər 2020-ci ildə alsın. Fərq etmir. Nəzərə alsaq ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda ikili vətəndaşlıq anlayışı yoxdur və heç kimə verilmir. Bu baxımdan digər ölkənin vətəndaşlığını almaqla Azərbaycan Respublikasının qanunlarını pozur. Qanun tələb edir ki, digər ölkənin vətəndaşlığını aldıqda Azərbaycan vətəndaşlığından imtina edilməlidir. Yəni əvvəllər Rusiya dövlətinin vətəndaşlığını almış şəxs hazırda ya Rusiya, ya da Azərbaycan vətəndaşlığından imtina etməlidir və bu barədə müvafiq dövlət orqanlarına yazılı şəkildə müraciət ünvanlamalıdır".








Bolme: Sou Biznes
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: