Qonşu haqqı
"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" (Nisa, 36).
Bu mübarək ayədə Allah qonşuları iki dəstəyə bölür və onların hər ikisini ayrı-ayrılıqda xatırladır: cari zi-l-qurba (yaxın qonşular) və cari-l-cünüb (uzaq qonşular). Bəzi təfsirçilər bu iki dəstəni qohum olan qonşular və yad qonşular kimi təqdim etmişlər. Bəzi alimlər birinci dəstəyə İslam dinində olan müsəlman qonşuların, ikinci dəstəyə başqa dində olan qonşuların aid olduğunu yazmışlar. Bəzi təfsirlərdə isə göstərilib ki, birinci dəstəyə səninlə eyni əqidə və fikri bölüşən qonşular aiddir, ikinci dəstə isə səninlə fərqli əqidəyə və düşüncəyə sahib olan qonşulardan ibarətdir.
Kimlər qonşu sayılır? Bu sualın cavabı Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hədisində verilib: "(Adamın evinin) həm qabaq, həm arxa tərəfindən, həm sağından, həm də solundan 40 evin hər biri qonşu sayılır" (əl-Kafi, 2-ci cild, səh. 669).
İmam Cəfər Sadiqin (ə) də sözü bunu təsdiq edir: "Qonşuluğun hüdudu hər istiqamətdən qırx ev qədərdir: evin qarşısından və arxasından, sağından və solundan" (əl-Kafi, 2-ci cild, səh. 669).
Həzrət Əmirəlmöminin Əli (ə) qılınc zərbəsi ilə yaralandığı zaman ölüm yatağında ikən oğullarına etdiyi vəsiyyətdə qonşu haqqını da diqqətdən kənarda qoymayıb. Bu vəsiyyət yalnız İmamın oğullarına deyil, bütün müsəlman ümmətinə ünvanlanıb. Həzrət Əli (ə) öz vəsiyyətində əvvəlcə təqvalı olmağı və bir-biri ilə xoş davranmağı, sonra yetimlərə diqqət yetirməyi tövsiyə edir, dərhal bunun ardınca qonşu haqqını bəyan edir. Qonşu haqqı İmamın nəzərində o qədər əhəmiyyətli idi ki, bu məsələni namaz, həcc, cihad, Quran, əmr bil-məruf kimi mövzulardan da ön plana çəkir: "Siz Allah, siz Allah, qonşularınıza diqqətli olun; bu, Peyğəmbərinizin sifarişidir. O həzrət, qonşuya yaxşılıq barədə o qədər tapşırdı ki, elə güman etdik, qonşuları bir-biri üçün vərəsə qərar verəcək" (Nəhc əl-bəlağə, 47-ci məktub). Əlbəttə, aydın məsələdir ki, qonşular bir-birinin irsinə varis olmazlar; şəriətdə belə bir qayda nəzərdə tutulmayıb. İmam Əlinin (ə) bu sözündə bir mübaliğə var, o həzrət bununla qonşu haqqının nə qədər böyük və ciddi olduğunu çatdırmaq istəyib.
İmam Həsən (ə) buyurub ki, anam Fatimə (ə) gecələr sübh açılana kimi namaz qılardı. Hər namazda mömin kişi və qadınların adlarını çəkib onlardan ötrü dua edərdi, amma özü üçün Allahdan bir şey istəməzdi. Bir dəfə anamdan soruşdum: "Niyə başqaları üçün dua etdiyin kimi özündən ötrü dua etmirsən?" Cavab verdi: "Oğlum, əvvəl qonşu, sonra ev (ailə üzvləri)" (Şeyx Səduq. İləl-əl-şərai, 1-ci cild, səh. 180).
Qonşu haqqı o qədər ciddidir ki, Allah-Təala Qurani-Kərimdə bu mövzuya dəfələrlə toxunur. Məsələn, "Maun" surəsində namaza saymazyana münasibət bəsləyənlər, riyakarlıq edənlər məzəmmət olunur. "Vay olsun o namaz qılanların halına ki" ifadəsi ilə davam edən 7-ci ayədə buyurulur: "Və maunu qadağan edərlər" (Maun, 7). Ayənin təfsirində yazırlar ki, burada nə isə istəyərək qapıya gəlmiş qonşunu əliboş geri qaytaran şəxslər və başqalarını bu hərəkətə təhrik edən kəslər nəzərdə tutulur. Məsələn, evdə çörək çatışmayanda və çörək almağa imkan olmayanda adam qonşunun üstünə gedər. Yaxud hər hansı qab-qacaq üçün qonşuya üz tutarlar. Görün nə qədər mühüm məsələdir ki, bunu əsirgəyən adam haqqında "vay olsun onun halına" buyurulub!..
Həzrət Muhəmməd Peyğəmbər (s) buyurub: "Kim haqsız yerə qonşusunu incitsə, Allah ona cənnətin ətrini haram edər və onun yeri cəhənnəm alovu olar. Şübhəsiz, Allah sizdən qonşu haqqını mütləq soruşacaq. Kim qonşusunun haqqını zay etsə, bizdən (yəni müsəlman ümmətindən) deyil. Kim qonşusunun ehtiyacı olduğu halda ondan maunu əsirgəsə, Allah da qiyamət günündə ondan öz mərhəmətini əsirgəyər və onu özbaşına buraxar. Allah hər kimi özbaşına buraxsa (yəni öz mərhəmətindən uzaq salsa), o, həlak olar və Allah onun üzrünü qəbul etməz!" (Vəsail əl-şiə, 5-ci cild, səh. 340-341).
İmam Zeynulabidin (ə) buyurmuşdur ki, bəndələrin bəzi günahları ucbatından yerə yağış yağmır, bərəkət ortadan qalxır. Belə günahlardan biri də qonşudan istədiyini əsirgəmək, ona yardım göstərməməkdir.
Qonşu haqqının böyüklüyünü təsəvvür etmək üçün bu hədis kifayətdir. İmam Muhəmməd Baqir (ə) Həzrət Peyğəmbərdən (s) rəvayət edir: "Qonşusu ac ikən özü tox halda yatan adam mənə (yəni mənim peyğəmbərliyimə) iman gətirməyib" (əl-Kafi, 2-ci cild, səh. 668).
Bir gün Həzrət Rəsulullah (s) öz səhabələrindən soruşdu: "Qonşu haqqının nə olduğunu bilirsinizmi? Siz qonşu haqqı barədə az şey bilirsiniz!" Sonra həzrət buyurdu: "Qonşusu onun əlindən amanda olmayan (yəni qonşusuna əziyyət verən) adam Allaha və qiyamət gününə iman gətirməyib. Qonşunun o biri qonşu üzərində haqqı budur ki, borc istəyəndə versin, ona xoşbəxtlik üz verəndə təbrik etsin, başına müsibət gələndə onu ovutsun. Öz evini elə tiksin ki, divarı qonşunun evinə əsən küləyin qarşısını almasın (əgər qonşu icazə versə, eybi yoxdur). Əgər evə meyvə alıb gətirsə, qonşuya ondan pay versin. Əgər pay vermirsə, meyvəni evə gizli gətirsin (yəni qonşuya göstərməsin). Öz uşağını qoymasın ki, çöldə o meyvədən yeyib qonşu uşağını iştaha gətirsin" (Fəttal Nişaburi. Rövzət əl-vaizin, 2-ci cild, səh. 293-294).
İmam Musa Kazim (ə) qonşu ilə münasibətləri hansı səviyyədə saxlamaq gərəkdiyi barədə buyurub: "Yaxşı qonşuluq ondan ibarət deyil ki, qonşuya əziyyət verməyəsən. Yaxşı qonşuluq odur ki, qonşu sənə əziyyət verəndə səbir edəsən" (Vəsail əl-şiə, 12-ci cild, səh. 122).
Qonşu haqlarına riayət etməyin savabı bütün ölkəyə və millətə yetişər. İmam Sadiq (ə) buyurub: "Yaxşı qonşuluq (yəni qonşu haqlarına riayət etmək) ölkəni abad edər, ömürləri uzadar" (Vəsail əl-şiə, 12-ci cild, səh. 125). Deməli, qonşuluqda yaxşı davranmaq cəmiyyətə xeyir-bərəkət gətirər, insanlara Allahın razılığını qazandırar. Əksinə, qonşu haqlarını pozmaq, qonşular arasında düşmənçlik və soyuqluq yaratmaq həm xeyir-bərəkəti aradan qaldırar, həm də ömrü qısaldar.
Qonşu ilə mehriban və xoş münasibət saxlamağın savabı o qədər böyükdür ki, bu savab insanın günahlarını silər və onu behiştə aparar. Peyğəmbər (s) buyurub: "Bir kəs vəfat edərkən üç qonşusu olsa və qonşuların üçü də ondan razı qalsa, o adamın günahları bağışlanar" (Müstədrək əl-Vəsail, 8-ci cild, səh. 422, hədis 9868).
Yenə rəvayət edirlər ki, Peyğəmbərə (s) bir qadın haqqında xəbər verdilər: "Filan qadın gündüzlər oruc tutur, gecələr namaz qılır və bol sədəqə verir, amma dili ilə qonşuları incidir". Peyğəmbər (s) buyurdu: "O ibadətlərin ona faydası yoxdur, o qadın cəhənnəmə layiqdir". Dedilər: "Filan qadın isə yalnız vacib gündəlik namazları qılır, yalnız Ramazan ayında oruc tutur, amma qonşusunu incitmir". Allahın Rəsulu (s) buyurdu: "O qadın behişt əhlidir" (Müstədrək əl-Vəsail, 8-ci cild, səh. 423-424).

Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Oxsar Xeberler: