Qeydiyyat

Səhər acqarına su içməyin faydası haqqında

556



Kifayət qədər maye qəbul edilməsi mədə şirəsini həll edir və toksinləri orqanizmdən çıxarır.

Gecə vaxtı orqanizm bərpa olunur və toksinlər parçalanır. Səhər həmin toksinlər bədəni tərk edir. Siz acqarına bir stəkan su içməklə orqanizminizdə yığılıb qalmış zərərli maddələrin yuyulmasına kömək etmiş olursunuz.

Bu, əzələ və qan toxumalarının aktivləşməsinə şərait yaradır.

Maddələr mübadiləsi. Acqarına su içmək metabolizmin sürətini 24 faizə qədər artırır. Metabolizmin yüksək olması həzm sisteminin yaxşılaşması deməkdir. Məsələn, əgər siz qidanı tez həzm edirsinizsə, bu halda arıqlamaq xeyli rahat olur.

Diyetoloqun məsləhəti: suyu soyuq halda deyil, ilıq halda içmək yaxşıdır.

Mədə yanğısı azalır. Həzm pozuntusu mədədə turşuluğun çox olması ilə əlaqədardır. Səhər yuxudan oyanan kimi su içmək həmin turşunu həll edir və mədə yanğısının qarşısını alır. Bundan əlavə, mədə səhər yeməyinə hazırlaşır.


Dərinin və tüklərin vəziyyəti yaxşılaşır. Bədənin susuzlaşması dəridə vaxtından əvvəl qırışlar əmələ gəlməsinə gətirib çıxarır, acqarına su içmək isə qan dövranını stimullaşdırır, dərinin rəngini yaxşılaşdırır. Kifayət qədər maye qəbul edilməsi tüklər üçün də vacibdir, çünki tüklərin çəkisinin dörddədir bir hissəsi sudan ibarətdir. Su, tükləri daxildən nəmləndirir.

Böyrəklərdə daş əmələ gəlməsinin və sidik kisəsinin infeksiyasının profilaktikası. Səhər yuxudan oyanandan sonra dərhal su içmək böyrəkdə daş əmələ gəlməsinin və sidik kisəsində infeksiya yaranmasının qarşısını almağa kömək edir. Maye mədə şirələrini həll edir, toksinləri orqanizmdən çıxarır.

İmmunitetin möhkəmlənməsi. Acqarına su içmək limfa sisteminin balansını saxlamağa kömək edir, orqanizm patogenlərə və xəstəliklərə davamlı our.
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: