Qeydiyyat

Gözaltı torbalardan xilas olmağın TƏBİİ YOLLARI

1 207
Gözaltı torbalardan xilas olmağın TƏBİİ YOLLARI

Gözaltı torbalardan xilas olmağın TƏBİİ YOLLARI
Gözaltı torbalar bir çox insanı narahat edən problemdir. Lakin mətbəxinizdə olan bir neçə vasitə ilə bu xoşagəlməz haldan xilas ola bilərsiniz. Senisevirem.az həmin xilasedicilərlə sizi tanış edir.

- Gözaltı şişkinliklər və qaralmalara yaxşı təsir edən yaşıl çay paketlərini soyuduqdan sonra gözaltına qoyun. 5-10 dəqiqə saxladıqdan sonra götürün və üzünüzü yuyun. Həftədə üç dəfə bu üsuldan istifadə etsəniz, göz altınızın yaxşılaşdığının fərqinə varacaqsınız.

- Arqan yağının faydaları arasında göz altı qaralmalar və qabarıqlığa yaxşı təsir etməsi də var. Hər axşam gözaltını arqan yağı ilə masaj edin. Gecə boyu yumayın. Səhər oyandıqda üzünüzü yuyun. Zamanla fərqi görəcəksiniz.

- Çay qaşığını buzxanada saxlayın. Çıxarandan sonra bir neçə dəqiqə əlinizlə gözünüzün altında saxlayın. Güzgüyə baxdıqda fərqi görəcəksiniz.

- Hindqozu yağının saysız-hesabsız faydalarından biri də göz altı qaralmalara yaxşı təsir etməsidir. Saat istiqamətinin əksinə və saat istiqamətində hər axşam gözaltını hindqozu yağı ilə masaj edin. Səhərisi yuyun. Bir həftə ərzində qarşılaşacağınız dəyişikliyə inana bilməyəcəksiniz.

- Gözaltının göyərməsi və şişməsinin ən böyük səbəblərindən biri qeyri-kafi yuxu, pis qidalanma və az su içməkdir. Kafeinə ara verib bitki çayları, bol su və balanslı yuxuyla gözaltı qaralmalardan xilas ola bilərsiniz.

- Kartofu nazik halqalar şəklində doğrayın. Təmizlənmiş gözlərinizin üzərinə yerləşdirin. 5-10 dəqiqə saxlayın. Sonra ilıq suyla üzünüzü yuyun. Bunu həftənin 3 günü təkrar edin. Bənövşəyi ləkələrin yox olmağa başladığını görəcəksiniz.

- Xiyar dilimlərini soyuducuda bir saat saxlayın. Soyuyan dilimləri göz qapaqlarınıza yerləşdirin. 5-10 dəqiqə saxlayıb üzünüzü yuyun. Gözaltının nəmləndiyini və bənövşəyi ləkələrin yavaş-yavaş yox olduğunu görəcəksiniz.

- Xiyarın suyunu makiyaj təmizləmə vasitəsinə hopdurun. Onları gözlərinizə yerləşdirib bu formada 5-10 dəqiqə uzanın və istirahət edin. Stress dəriyə zərər verir, bunu unutmayın. İstirahət özünüzə verə biləcəyiniz ən yaxşı hədiyyədir.

- Soyuducuda soyutduğunuz dəsmalı səhərlər gözlərinizə qoyaraq qabarıqlığı yox edə bilərsiniz.

- Soyuq südü makiyaj pambığına hopdurun. Makiyajdan təmizlənmiş gözlərinizə həmin pambıqları qoyun və 10 dəqiqə bu formada uzanın. Sonra üzünüzü yuyun. Həftədə 3 dəfə bunu təkrarlayın. Fərqi görəcəksiniz.
Bolme: Muxtelif
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: