“Mənliyinizi itirməyin” - Oksana
"Həyatda bir çox şeyə sadə yanaşın, çox şeyi dəyişdirməyə çalışarkən özünüzü itirməyin, qürurunuzu, mənliyinizi itirməyin".
Bu sözləri rəqqasə Oksana Rəsulova sosial media hesabında yazıb.
O, paylaşdığı fotosundakı fikirlərinə belə davam edib.
"Heç kimə görə bunu etməyin, sonra qürurunuzu, mənliyinizi tapmaq çətin olacaq. Gördünüz ki, alınmır, sadəcə tərk edin. Sonda hər şey hərənin ürəyincə olmasa da, hər kəs üçün yaxşı olacaq. Yəqin... Mən etdim, siz də edin..." deyə, Oksana yazıb.