"Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakla kifayətlənməyəcəyəm. Bu Olimpiadada da çempion titulunu qazanmaq niyyətindəyəm".
Dünya tennisinin kraliçası sayılan amerikalı Serena Uilyams SELF jurnalına verdiyi açıqlamasında belə deyib.
34 yaşlı tennisçinin sözlərinə görə, bacısı Vinusla birlikdə duetdə çıxış edəcək.
Venus və Serena Uilyams bacıları 2000, 2008 və 2012-ci illərdəki Olimpiya Oyunlarının qalibləri olublar.