Sevgi sağlamlığın zəmanətidir
Sevgi sağlamlığın zəmanətidir
Sevgi insanlara müsbət emosiya bəxş edən bir duyğudur. Qarşılıqlı sevgi insanı özünə qarşı inamlı edir, insanın özünə güvənmə hissini aşılayır. Sevgi hissi sağlamlıq üçün vacib sayılan bir hissdir.
alimlərin psixoloqlarla birgə apardığı araşdırmalar sevən və sevilən adamlarda fiziki və psixi problemlərlə az rastlaşdığını sübüt edir. Belə ki, sevgiylə yaşayanların əksəriyyətində özünə qarşı inam hissinin olması ona özünü qiymətli hiss etdirir. Sevilən şəxs özünü qiymətli və kim üçünsə lazım olan bir insan hiss etməsi onu ruhlandırır. Bu cür adamlar həyat fəaliyyətlərində çoxlu nəaliyyətlər qazanmaq uğrunda daima mübarəzəyə can atırlar.
Sevilən şəxs sevgilisi tərəfindən hörmət, qayğı gördükcə, sevgilisinin onun qiymətini yaxşı bildiyini düşüncəsi ilə yaşayır və onun həyata olan bağlılığı artır.
İnsanların beyinləri nəyi düşünürsə, onların ürəkləri də həmin hissi yaşayır. Yəni əgər biri fikirləşirsə ki, onu sevən biri var, bu xoş fikirlər onun ürəyində xoş duyğular oyadacaq. Ürəkdə isə nə qədər məmmunluq hissi olarsa, ürək ritmi bir o qədət normal döyünər. İngiltərə alimləri həftədə 2-3 dəfə sevgiylə məşğul olan adamlarda infarkt və insult riskinin az oduğunu təsdiqləmişlər.
Bizim əhval-ruhiyyəmiz daxili sekresiya vəzilərinin fəaliyyətinə birbaşa təsir edir. Daxili sekresiya vəziləri isə orqanizmdə hormonların funksiyasının normallaşmasında rol oynayır. Depressiyada yaşayan adamların isə immun səviyyəsinin aşağı olduğu hamıya məlumdur. Heyranlıq, yumor və həyatdan məmunluq hissi daxili sekresiya vəzilərinin fəaliyyətini yaxşılaşdırdığı halda, depressiya insanların həyat fəaliyyətini aşağı salır və onlarda ruh düşkünlüyü yaradır. Amerikan psixoloqları sekslə aktiv məşğul olan adamların depressiya və iştah pozğunluğundan heç vaxt əziyyət çəkmədiklərini sübut etmişlər.
Harvard Universitetinin mütəxəssislərinin təmənnasız sevgiylə sevən, başqalarına yardım etməyə çalışan və yumor hissi olan adamların fiziki və psixi xəstəliklərə az yaxalandıqlarını deyirlər.
Oxsar Xeberler: