sekiller
Bash Sehife Elaqe Saytin Rss Statistika
Yazili Sekiller
Saygac
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт
Gözaltı ləkələrdən asanlıqla qurtulacaqsınız




Gözaltı ləkələrdən asanlıqla qurtulacaqsınız

Gözaltı ləkələr bir çox qadınların ortaq problemidir. Xüsusilə də yaş irəlilədikcə bu problem daha da dərinləşir. Amma reseptlərlə gözaltı ləkələrinizdən asanlıqla qurtulacaqsınız.

Kartof suyu

Kartof suyunda olan elementlər gözaltı ləkələrinizdən qurtulmanızı təmin edəcək, göz şişkinliyini aradan qaldıracaq.

Lazım olanlar:

Kartof (soyulmuş)
Rəndə
Cuna

Hazırlanması:

Kartofu rəndələyib, bir cunanın içərisinə yığıb, möhkəm bağlayın. Oradan süzülən kartof suyunu bir kasaya sıxın. Kartof suyuna pambıq batırın və onu 15-20 dəqiqə boyu gözlərinizin üzərində saxlayın. Daha sonra ilıq su ilə yuyun. Təsirli nəticələr üçün bunu hər gün təkrarlayın.

Paket çay

İstifadə olunmuş bir çay paketini götürün və 15 dəqiqə gözünüzün altındakı ləkələrin üzərində saxlayın. Bunu hər gün təkrarlaya bilərsiniz.

Badam yağı

Badam yağı dərinin rahatlatmasına və nəmlənməsinə kömək edən təbii bir yumşaldıcıdır. Badam yağı qan damarlarının daralmasına yardımçı olan K vitamini baxımından zəngindir. Həmçinin, badam yağı, şişmiş gözaltı ilə əlaqədar tünd rəngli halqaların azalmasına yardımçı olan təbii anti-enflamatuar özəlliklər daşıyır.

Pambığı badam yağına batırın və yavaşca gözaltı ləkələrinizin üzərinə vurun.
Yağın dərinizdə 6-7 saat boyu qalmasına icazə verin. Bu müalicəvi üsulu gecə həyata keçirməyiniz daha məqsədəuyğun olar. Səhərisi ilıq su ilə yuyun.

Daha təsirli nəticə almaq üçün bu üsulu 2 həftə tətbiq edə bilərsiniz.

Xiyar dilimləri

Gözaltı ləkələrinizin üzərinə 15-20 dəqiqə ərzində xiyar dilimləri qoyun. Mükəmməl nəticə üçün hər gün bunu təkrarlaya bilərsiniz. Alternativ olaraq, bir xiyarın suyunu da sıxıb pambıq vasitəsilə ləkələrinizə sürə bilərsiniz.

Bunlarla yanaşı

- Hər gün 8 və ya 10 stəkan su içməlisiniz.


- Kifayət qədər yatmağa çalışın.

- Gözlərinizi ovuşdurmamağa çalışın. Bu şəkildə davranmaq göz altındakı qan damarlarının genişlənməsinə səbəb olaraq, tünd rəngli halqaların yaranmasına şərait yaradır.


- Hər gün yatmazdan qabaq göz makiyajınızı təmizləyin.


- Günəş altında çox qalmayın.


- Nə yediyinizə diqqət edin. A, C və E vitaminləri baxımından zəngin qidalar istifadə edin.

- Siqaret, alkoqol istifadəsindən qaçın.
dle
  • Parlaq saçlara sahib olmaq üçün 8 TƏBİİ ÜSUL
  • Şəkər tozunu zeytun yağı ilə qarışdırın və...
  • Gözaltı torbalardan xilas olmağın TƏBİİ YOLLARI
  • Dəm çayını zibil qabına atmayın - İNANILMAZ FAYDALARI
  • Rus qadınlarının gözəllik sirri

  • Şərhin əlavə edilməsi
    Adiniz:*
    E-Mail:*
    Fikiriniz:
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
    Sekildeki Kod: *

    loading...