ABŞ-ın TLC telekanalında "Undressed" ("Soyunmuş") adlı teleşou başlanır.
İtaliyada yaradılan və qısa müddətdə italyanlar arasında kəskin qəzəblə yanaşı, maraq doğuran, "dünyanın ən çılpaq teleşousu" adlanan bu realiti-şou TLC vasitəsilə 52 ölkəyə translyasiya olunacaq.
"Undressed"in qaydalarına görə, teleşouya qatılan və əsas mükafata yiyələnmək istəyən şəxs əsla tanımadığı, əks cins mənsubu olan adamla yatağa girməli, verilən tanşırıqları yerinə yetirməlidir.
Onlar qarşılarındakı böyük ekranla nümayiş olunan sualları da cavablamalıdırlar.
"Undressed"in ilk nümayişində İngiltərənin Lids şəhərinin sakini, 23 yaşlı Loren də mübarizə aparacaq.
"Studiyada soyunmağa utanırdım. Lakin şouda qalib gəlmək istədiym üçün soyundum", - Loren deyib.
Şounun istehsalçısı "RDF Television" telekanalının tərkibindəki "Fizz" studiyasıdır.