Bu həyat yalanla düzlərlə dolu
Bilinmir nə sağı nədəki solu
İstisidə olur qarı da dolu
Həyatın istisi yaxacaq səni
Hər yağanda qarlar yağışlar inan
Qəm dolu xatirə bağışlar inan
Bir zaman o əziz baxışlar inan
Qəhərlənib yaşla boğacaq səni
Sanmakı ayrıldıq sən qazanmısan
Ömrünə dumanla çən qazanmısan
Ayrıldıq saçında dən qazanmısan
Ayrılıq həsrəti yıxacaq səni
Gözlərdim bir zaman xoş illər kimi
Gül dolu çəməndə bülbüllər kimi
Bilinmir kimdir o tər güllər kimi
Dərəcək bir ömür qoxacaq səni