Qeydiyyat

Bir Günluk

1 989
Bir Günluk




Bazar günü üçün planını bir neçə gün əvvəldən hazırlamışdı.Evdəkilərə bu planı ilə bağlı heç nə deməmişdi.Əgər eşidib bilsəydilıər,onda bu qızın ömrünün sonuna qədər ev əhlinin danlaqlarına məruz qalması demək idi.Plan kimisə öldürmək,dünyanın sonunu gətirmək və ya buna bənzər bir şey deyildi.Qızın planı bir gün- insanların istirahət üçün çıxdığı paltar,telefon,geyim reklam etdiyi gün şəhərin insanlar axışan bir hissəsində dilənməsi idi.Heç olmasa günün yarısına qədər..Məqsədi isə,”mən”indən bir az olsun xilas olmaq idi.
Heç kəs heç nə hiss etmədən evdən çıxmalı idi.Şkafı açdı.Üç il bundan əvvəl aldığı rəngi qaçmış koftasını,ayaqlarını kəsdiyi cins şalvarını,bir neçə gün rəngi qaçsın deyə Günəş altında saxladığı krasofkalarını çıxardı.Gözucu saata baxdı.Evdən heç kəsi oyandırmadan çıxması üçün on beş dəqiqəsi vardı.Sakitcə barmaqlarının ucunda qapıdan çıxdı.
Hara gedə biləcəyini götür-qoy etməyə başladı.Bir neçə dəqiqədən sonra qərara gəlmişdi.Özüylə nə telefon,nə də cibindəki bir qara qəpiyi çıxmaqla pul götürmüşdü.
Parkın bir küncündə bardaş qurub oturdu.Ətrafa nəzər saldı,saçlarını üzünə töküb ovcunu açdı.Heç nə demədən gözləməyə başladı.Bir saatdan sonra ovcun yığışmış qəpikləri cibinə tökdü.Yenidən ovcunu açmağa hazırlaşırdı ki, kimsə onu itələdi və "Sən təzəsən ?” deyə soruşdu.Başını qaldırıb gözlərini ona zilləmiş oğlana baxdı.Yəqin parkın bu hissəsi onun bölgəsidir.
"Hə,təzəyəm.
-Dur,cəhənnəm ol burdan.Bura mənim bölgəmdir.
Qız heç nə demədən parkın başqa bir küncünə keçdi Burdan insanların axını o qədər çox olmazdı.Oturub yenə əlini açdl.Ancaq bu dəfə saçları ilə üzünü örtmədi.Bu günün məqsədinin xatırladı.Nədi məqsəd ?! Eqosundan xilas olmaq.Buna görə də o boyda univeristetin tələbəsi,dilənir.Başqlarının ona deyəcəyi sözləri özü-özünə deyirdi.O boyda universitet nə deməkdir ?! Yəni,başqa universitetlər iki otaq və bir mətbəxdən ibarətdir ?!
Bir qadın yaxınlaşıb qızın ovcuna qəpik atıb qarğış qarğadı.Qız isə sadəcə gülümsədi.Bir oğlan sakitcə qəpiyi tullayıb getdi.Yoldan yanında qızı ilə keçən kişi isə "bax,oxumasan,sən də belə olacaqsan ”deyirdi.
Beləcə, ona pul verənlər ya onu ibrət alınası biri kimi göstərir,ya pul verib bu yaşında işləmədiyinə görə söyürdülər.Zaman beləcə axırdı.
Balaca oğlan qızdan bir az kənarda oturub dilənməyə başladı. Yanlarından keçən kök qadın onlara baxıb ”özü diləndiyi bəs deyil,hələ qardaşını da gətirir”dedi.Bu həqarətlər artıq dözülməz bir hal alırdı.Qız ayağa qalxıb diləndiyi bütün pulları oğlana verdi.”Al,bunları sənin olsun.”
Oğlan qəpiklərə gözucu baxdı.Bir müddət gözləri ilə qəpikləri saydı.Sonra qəpikləri iki hissəyə ayırdı.Bir hissəni cibinə qoydu,digər hissəni isə şalvarının yamaqlı hissəsində gizlətdiyi kisəyə atdı.
Qız təəccüblə niyə belə etdiyini soruşdu
-Telefon almaq istəyirəm.
-Nə telefon ?Sənin nəyinə lazımdır telefon ?
-Hamıda var,məndə niyə olmasın ?!
Sonra da uşaq pullarını yerbəyer edib qaçaraq parkdan uzaqlaşdı.
P.S. Bu hekayə ”1.Yaxşı bir insan olmaq ”, "Başqa bir gün” hekayələri ilə birlikdə "Zamanda asılı qalmış hekayələr”ə daxildir
Bolme: Sevgi
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: