Qeydiyyat

Bu qurğu smartfonları sürətləndirir

1 077
Bu qurğu smartfonları sürətləndirir

"Toshiba" şirkəti "Canvio for Smartphone" adlı xarici daşıyıcının tədarükünə başlayıb. Yeni cihaz "USB-C" və ya "USB-A" konnektorları vasitəsilə qoşulma zamanı "Android" mobil sistemli smartfonu enerji ilə doldurmaqla yanaşı, aparatdakı məlumatların ehtiyat surətini yaradır.

SENİSEVİREM.AZ ICTnews-a istinadən bildirir ki, yeni cihazın prototipi Berlində keçirilmiş "IFA-2016" sərgisində nümayiş etdirilib. Görünüşcə ağ nəlbəkini xatırladan qurğu eyni zamanda həm kabellə qoşulmuş smartfonu enerji ilə doldurur, həm də istifadəçi məlumatlarının (kontakt, sənəd, musiqi, video) ehtiyat surətini daxili sərt diskdə saxlayır. Bunun üçün öncədən aparata proqram quraşdırmaq lazımdır.

"Toshiba" şirkəti tərəfindən hazırlanmış həll məlumatların saxlanılmasını mobil telefonun gündəlik şarjı kimi adiləşdirmək üçün nəzərdə tutulub. Bundan başqa, sözügedən qurğudan istifadəçi məlumatlarının bir smartfondan başqasına daşınması üçün istifadə etmək olar. Bu zaman məlumatlara fərdi kompüterdən müraciət mümkündür. "Canvio" qurğusu eyni anda bir neçə mobil telefonun məlumatlarının ehtiyat surətini saxlaya bilir.
Bolme: Muxtelif
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: