Siqaret dərini qocaldır
Siqaret dərinin sürətlə yaşlanmasına səbəb olur. Türkiyəli professor Öztürkcan ildə 40 qutu siqaret çəkən insanların dərilərinin, siqaret çəkməyənlərə nisbətən 4 dəfə sürətlə qocaldığını bildirib. Çünki siqaretin tərkibində olan maddələr dəridəki hüceyrələrə zərər verərək, qırışların yaranmasına yol açır. Bundan əlavə siqaretin tərkibindəki nikotin dərinin rəngini də soldurur.
SENİSEVİREM.AZ mütəxəssisisn sözlərinə görə, dərinin yaşlanması iki faktorla - genetik və ətraf mühitlə bağlıdır: "Genetik yaşlanma fizioloji proses olduğu üçün buna qaşrı hər hansı tədbir görmək mümkün deyil. Bizim üzərində işlədiyimiz əsas məsələ ətraf mühitin təsiri faktorudur. Bura pis qidalanmaq, toz-torpaq təsirindən, başqa siqaret çəkmək də daxildir. Siqaret dərini ən tez yaşlandıran əlavə faktordur".
Dərinin vaxtından tez yaşlanması ilə üzləşmək istəməyənlərə məsləhət isə tez zamanda siqareti tərgitməkdir
Oxsar Xeberler: