Yapon model Risa Hirakonu görənlər ona əsl yaşını verməyə çətinlik çəkirlər. Çünki o, yaşından qat-qat gənc görünür.
45 yaşlı Risa Hirako indi internet sensasiyasıdır. O, İnstaqram-da profil yaradandan sonra çox qısa müddətdə məşhurlaşıb. Daimi Tokioda yaşayan Risa plastik cərrahiyyə əməliyyatlarına məruz qalmayıb və hədsiz dərəcədə kosmetik vasitələrdən də istifadə etmir.
Buna rəğmən o, 20 yaşlı qız kimi görünür.
1971-ci ilin fevralın 14-də doğulmuş model hazırda çoxsaylı modalar evlərindən təkliflər alır, kliplərə çəkilir.
Məşhur aktyor Eysaku Yoşidanın sabiq xanımı olan Risa Hirako gələn həftə Las-Veqasa yollanaraq yeni fotosessiyaya çəkiləcək.