Mövlana Cəlaləddin Ruminin müasiri olan hakimlərdən biri şairdən xahiş etdi ki, ona nəsihət versin.
Mövlana bir az düşündükdən sonra soruşdu:
- Zənnimcə, Qurani-kərimi əzbər bilirsən?.
Hakim təsdiq etdi. Mövlana bir daha dəqiqlşdirdi:
- Hədis sahəsində də təhsil almısan, deyilmi?
Hakim yenə "bəli" cavabını verdi. Şair kinayəqarışıq təbəssümlə söylədi:
- Əgər Allahın kitabından, Peyğəmbərin kəlamlarından ibrət götürə bilməmisənsə, adi bəndənin nəsihətindən sənə nə fayda gələcək?!