Qeydiyyat

Aritmiya nədir? – Gənclərdə aşkarlanan ürək probleminin sirri

178


Aritmiya - ürək-damar sisteminin geniş yayılmış bir xəstəliyidir. Bu problem son zamanlar gənclər, hətta yeniyetmələrdə də aşkarlanır.

Mersatel aritmiya kardioloq və aritmioloqa müraciət etmək üçün ciddi səbəbdir.

Aritmiya ürək əzələsinin xəstəliyi olub, ürəyin yığılıb açılması hərəkətləri tezliyinin pozulmasıdır.

Yaranma səbəbləri:

-Kəskin və xroniki ürək əzələri xəstəlikləri - miokardit, perikardit, anadangəlmə və qazanılmış ürək qüsuru

-Döş qəfəsinə zərbə, travma nəticəsində daxili orqanlara təzyiq

-Bir çox dərmanların doza həddinin aşılması

-Narkotik maddələr

-Orqanizmin uzun müddət susuzlaşması

-Alkoqol

-Qanxanvari vəzi hormonal pozuntular

Aritmiya zamanı ürək yığılmalarının sayı və impulsu artır, ritm pozulur, təzyiqi ölçdükdə nəbz 120-ni keçir.

Aritmiya uzun müddət simptomsuz, gizli keçir, ciddi əlamət vermir. Əgər biruzə verdisə, ikiqat güclü təsirlə başlayır.

Əlamətləri:

Stress, nevtroz və panik atak halına çox bənzəyir: ürəyin çırpınması, soyuq tər, qorxu, ölüm qorxusu, xəstə özünə yer tapmır, döş qəfəsində sıxılma, ağrı, nəfəs çatmaması, tez-tez nəfəs alma, baş gicəllənmə, bu an huşunu itirəcəkmiş kimi hiss. Həyəcandan sidik ifrazı, bədəndə halsızlıq, düşüncənin ləngiməsi. Bir sözlə, insan qəfil yaxalanır, öləcəyini düşünür.

Müalicəsi

Əgər vaxtında diaqnoz edilib müalicə olunmazsa, kəskin ürək çatışmazlığı və tromboemboliya ilə nəticələnə bilər.

Diaqnoz üçün EKQ, EXQ aparat müayinəsi, marker, koaloqramma analizi tələb olunur.

Müalicəsi yaxşı olar ki, aritmioloq tərəfindən təyin olunsun. Ağır hallarda invaziv əməliyyatla aritmiya ocağı yandırılır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: