Qeydiyyat

“Parnik” tərəvəzlərinin AĞIR FƏSADLARI – BÖYÜK TƏHLÜKƏ

129


"Qış" pomidorunun görünüşü yaxşı olsa da, dadı plastması xatırladır.

istixana şəraitində yetişdirilən tərəvəzlər torpaqda deyil, onu əvəz edən kokos liflərində yetişdirilir. Lakin bu, bitkinin inkişafı üçün kifayət deyil.
Böyümə zamanı istixana bitkilərini makro və mikroelementlərlə təmin edirlər.

Lakin yalnız torpaq əvəzləyicisi və qidalı maddələrlə tərəvəz yetişdirmək olmaz. Onların lazımı rəngi alması, tərkibində fruktozanın lazımı miqdarda olması və mayalanması üçün bir sıra şərtlər olmalıdır. Buna görə də bir çox istixanalarda arı saxlanılır. Bu, həmçinin də tozlanmanın normal getməsi üçün vacibdir. Yaxşı tozlanma nəticəsində tərəvəz normal ölçüyə çatır və istənilən rəngi alır.

İstixanada yaşayan başqa bir "əməkdaş" isə yırtıcı həşərat olan entemofaqdır. Onlardan isə ən məşhuru makrolofusdur.

Lakin arıların və entemofaqların istixanadakı işi normal işıqlanma, havalandırma və nəmlik olmasa, əhəmiyyətsiz olardı. Bu işlərə mütləq nəzarət olunmalıdır. Əks halda, il boyu istixana şəraitində tərəvəz yetişdirmək mümkün olmazdı.

Bu zaman günəş şüasının spektrini xatırladan və onu ən yaxşı əvəz edən natrium lampalarıdır. Qaranlıqda böyüyən tərəvəz solğun, dadsız, daha doğrusu, plastilin dadında olur.

Həmçinin istixanada yetişdirilən tərəvəzlər, əsasən də pomidorlar vaxtından tez yığılır. Bu cür tərəvəzlər demək olar ki, bazarların və marketlərin piştaxtalarında yetişir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: