Qeydiyyat

Gündəlik Bürclər 12.07.2023 - ( 12 iyul 2023 Günlük Bürclər )

226


Gündəlik Bürclər 12.07.2023 - ( 12 iyul 2023 Günlük Bürclər ),

Günün qoroskopu: yeni, genişmiqyaslı işə başlamayın.

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısında yaranan problemləri həll etmək üçün baş sındırmalı olacaqsınız. Yaxın ətrafınızdakı insanların fikirlərini, mövqelərini nəzərə almasanız, ciddi səhvə yol verəcəksiniz. Hər şeyin necə olması barədə yalnız öz düşüncənizi absolyut həqiqət saymayın. Həmkarlar və işgüzar tərəfdaşlarla mübahisələr yarana bilər. Əks cins mənsubu ilə dil tapmaq çətindir.

Reallaşdıra bilmədiyiniz layihələrdən əl çəkmək üçün münasib zamandır. Sevincdən daha çox kədər gətirən münasibəti dayandırın. Maliyyə məsələlərində qayda yaradın. Bir qədər sonra pula ehtiyac yaranacaq. Hansı məbləğə sahib olduğunuzu dəqiq bilin.


Buğa - bütün planları düşündüyünüz təki gerçəkləşdirmək mümkün deyil. Şəraitin və işlərinizə qarışan insanların təsiri güclüdür. Durum əlverişli deyil. Xüsusi önəm verdiyiniz işi diqqətlə görün. Fikrinizi dağıtmayın. İşdə rəhbərliklə münasibətlərə yenidən baxmaq olar. Təmasları yaxşılaşdırın.

Yaxınlarınızla dil tapmaq asan deyil. Onların sizə qarşı xeyli iradları var. Münasibətlərdə harmoniyanı bərpa etməyin yolunu intuisiya göstərəcək. Sevdiyiniz insanla açıq danışmaqdan qorxmayın.

Əkizlər - çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmağın zamanıdır. Məqsədə çatmaq üçün gərəkli saydığınız bütün vasitələrdən istifadə edə bilərsiniz. İstədiyinizi etməkdən çəkminməyin. Ətrafınızdakı insanlar sizə qarşı çıxsalar da, bəzi ideyalarınızı pis hesab etsələr də, irəliləməkdən qalmayın. İşgüzar fəaliyyət məsələləri şəxsi münasibətlərə qarışmamalıdır.

Yeni təmaslar başlana bilər.

Yaşamınızda yeniliklər və müsbət dəyişikliklər etməyə başlayın. Qida rasionunuzda zərərli vərdişlərdən əl çəkin, sağlam təamları seçin.

Xərçəng - əvvəllər başladığınız işi mütləq şəkildə başa vurun. Uzun müddətdən bəri çalışdığınız, səy göstərdiyiniz sahədə məqsədə çata bilərsiniz. Köhnə işgüzar əlaqələrin bərpasına can atın. Belədə yeni imkanlarla qarşılaşacaqsınız. Nüfuzlu şəxslər, dövlət qurumlarının nümayəndələri ilə təmaslar məsləhət deyil.

Səfərə yollanmaq olar. Məqsəd şübhəli, yanınızdakı insanlar isə yaxşı tanımadığınız şəxslər olsa da, niyyətinizdən əl çəkməyin. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Şir - o qədər də xoş olmayan gündür. İş heç də adi günlərdən fərqli olan problemlərdə və ya çətinliklərdə yox, ətrafınızda baş verənlərə münasibətinizdədir.

Hər xırda iş sizi ifrat dərəcədə qıcıqlandırmasın. İşdə həmkarlarınızla münasibətlərinizdə qıcıqlı davranmayın. Yaxınlarınız sanki səbrinizi sınağa çəcəklər. Əldə olunmuş qələbələr və uğurlar da sizi sevindirməyəcək.

Səfər və səyahət imkanları da sizi sevindirməyəck. Halbuki nikbin olmaq gərəkdir. Səyahət uğurlu alına bilər. Dəvət aldığınız tədbirə, insanların gur olduğu yerə yollanmayın.

Axşam saatlarını ailə üzvləri ilə bir keçirin. Ən azı ona görə ki, onlar zəifliklər və nöqsanlarınıza bələddirlər.


Qız - qarışıq, laübəli, mürəkkəb gündür. Faydalı işlə məşğul olmağa çalışsanız da, ətrafdakı şəxslər buna mane olmağa can atırlar. İşləri yarımçıq qoymayın. Bir məsələni başa vurmamış digər məqamın çözülməsinə başlamayın.

Emosional fon stabil deyil. İncik, dəymədüşər olmayın. Sizi sevən insanın qəlbinə dəyməyin.

Plandaşdırılan işlərin hamısını reallaşdırmaq asan deyil. Diqqətli olun. Olaylara nüfuzlu insanların müdaxiləsi və ya uğursuz şərtlər sizi ruhdan salmasın.

Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün konkret addımlar atın.

Tərəzi - peşəkar fəaliyyət baxımından çox uğursuz zamandır. Çoxsaylı yanlışlıqlara yol verməyin. Hər şeyin yetərincə aydın və aşkar olduğu məqamlarda da səhv etməyin. Maliyyə və əmlak sənədlərinin qaydaya salınmasına başlasanız, çətinliklərlə qarşılaşacaqsınız.

Təxribatlara uymayın. Kimsəyə imkan verməyin ki, zəifliklərinizdən istifadə etsin Yaxın ətrafınızdakı insanların işlərinizə qarışmalarına son qoymaq üçün sərt davrana bilərsiniz. Yalançı günah hissinə qapılmayın. Kimsənin işlərinə mane olmadığınız üçün yolunuza davam edin.

Əqrəb - gün o qədər də uğurlu deyil. Başladığınız bir sıra işlərdə uğursuzluqlarla qarşılaşa bilərsiniz. Yardım istədiyiniz insanlardan mənfi cavab alanda inciməyin. Deyilən sözlərin, əlbəttə ki, bir səbəbi var. Nüfuzlu insanlarla mübahisə etməməyə çalışın. Münaqişə uzanarsa, itirən siz olacaqsınız. Həmkarlar və işgüzar tərəfdaşlarla maksimum dərəcədə diqqətli, sərvaxt davranın. Münasibətlərdə problem yaratmayın.

Yaxınlarınızın sizdən nə isə gizlətməyə çalışdıqlarını fikirləşərək həmin gizlini nəyin bahasına olursa-olsun, öyrənməyə çalışmayın. Çünki sizi narahat edən məsələ çox xırda məqamdır.

Oxatan - nüfuzlu insanlardan dəstək almaq şansı var. Üstün məziyyətlərinizi nümayiş etdirin, bilik və bacarıqlarınızı göstərin. Yeni layihələrə qatılın. Peşəkar fəaliyyət müstəvisində təşəbbüskar olun. İdeyalarınız qəbul olunur. Lakin onların hamısını dərhal reallaşdırmaq mümkün deyil.

Ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Maraqlı imkanların sayı azalmayacaq.

Ciddi romantik münasibət başlana bilər. Təmasların sadə, rəvan yaşanmayacağına hazır olun.

Oğlaq - asan gün deyil. Yaşananlara sərt reaksiya verməyin, ən xırda məsələni ürəyinizə salmayın. Bütün bunlar diqqətli çalışmağa maneələr yarada bilər. İşdə rəhbərliyin sizə qarşı ciddi iddiaları yoxdur. Kiçik maliyyə itkiləri istisna deyil.

Yaşamınızda nəyisə köklü şəkildə dəyişmək, yaxınlarınızla münasibətləri aydınlaşdırmaq məsləhət deyil. Önəmsiz fikir ayrılıqlarını qabartmayın. Az sonra bu maneələr aradan qalxacaq. Planlaşdırılmamış alış-verişdən imtina edin.

Dolça - yeni, genişmiqyaslı işə başlamayın. Cari işlərlə məhdudlaşmağa çalışın. Kiçik və praktiki məsələləri həll etmək daha əfzəldir. Xatirələri bütün diqqəti işə yönəltməyə mane olmamalıdır. Alış-verişdə planlaşdırılmamış heç nə almayın. Hesablamalarda dəqiq olun. Səhv edə bilərsiniz.

Soyuqqanlı olun, amma yaxın ətrafınızdakı insanlarla aranızda buz divar yaratmayın. Hisslərinizə nəzarət edin.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Balıqlar - şübhəli və riskli işlərə qatılmayın. İnsanlara həddən ziyadə inanmayın. Aldığınız məlumatları yoxlayın. Yaxşı tanımadığınız insanların felinə düşməyin. İntuisiyanızın səsinə qulaq asın. Dəqiq davranın, səhvlərə yol verməyin.

Şəxsi münasibətlərdə hər şey istədiyiniz kimi deyil. İstək və arzularınız qarışıq olmasın. Sevdiyiniz insanı anlamağa çalışın. Bu gün başlanacaq romantik münasibətlər sevincdən daha çox problem verəcək.
Bolme: Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: