Qeydiyyat

İnsanı Allahdan qafil edən 7 səbəb

127


Qəflət elə bir şeytani virusdur ki, Allah bəndələrini, hətta böyük din alimlərini hətta bir anlıq da olsa, Allahdan qafil edə bilir.

Böyük mərcəyi-təqlidlərdən olan Ayətullah Hacı Şeyx Əbdülkərim Hairi, Şeyx Murtəza Tehraninin yuxusuna girir və Mürtəza ağa ondan soruşur ki, siz o aləmdə əzab olunursunuzmu?

Alim cavab verir: "Bir əzabım vardır və o da budur ki, niyə daha çox Allahı yada salmamışam. Ürəyim həmin anlar üçün yanır ki, Allahı yada salmamışam. Bu, mənim üçün ən böyük əzabdır".

Bəs insanı hansı amillər qafil edə bilir?

1. Rifah istəmək və dünyaya həddən artıq çox diqqət etmək. "Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsil) ziyankarlardır". ("Munafiqun" 9).

2. Axirətdən qəflət etmək. "Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər". ("Rum" 7).

3. Yolunu azdıran dostlar. "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". "Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər (s) və Quranın həqiqəti) mənə çatdıqdan sonra o, (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən (s) və Qurandan) yayındırdı". Şeytan insanı həmişə xar edib və (indi də) edir". ("Furqan" 28-29).

4. Şeytanın (lən) insana hakim olması. "Şeytan onlara hakim olub, Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər". ("Mücadilə" 19).

5. Uzun arzulara malik olmaq. "Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər". ("Hicr" 3).

6. Nəfsinə pərəstiş etmək. "Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!". ("Kəhf" 28).

7. Namaza yüngül yanaşmaq. "Onların Kəbə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!". ("Ənfal" 35).

Allah Təala bizləri qəflətə düşməkdən Özü saxlasın!
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: