Qeydiyyat

Gündəlik Bürclər 01.07.2023 - ( 1 iyul 2023 Günlük Bürclər )

189


Gündəlik Bürclər 01.07.2023 - ( 1 iyul 2023 Günlük Bürclər ),

Günün qoroskopu: Yaxınlarınızdan biri ilə bağlı önəmli məlumat alacaqsınız.

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gün nöqsanlardan xali olmasa da, uğurlar da istisna deyil. Emosional fon stabildir. Mənəvi durumunuza kənardan təsirlər olsa da, təmkinli davranın. İşlər istədiyiniz kimi getməsə də, ruhdan düşməyin. Nikbin olun, problemləri həll etməyə çalışın. İşgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun.

Ailədəki münaqişələrdən birini həll etmək olar. Əlverişli şəraitdən istifadə edərək yaşlı qohumlarla təmasları normallaşdırın. Son vaxtlar sizi narahat edən məqamlarla bağlı açıq danışın.

Buğa - gərgin gündür. Yaranan problemlərin əhəmiyyətini olduğundan artıq saymayın. Yaşananların hamısını ürəyinizə salmayın. Yaxşı tanımadığınız insanlara etibar etməyin. Düşünülməmiş addımlar ataraq tələsik qərarlar qəbul etsəniz, maliyyə itkilərinə məruz qala bilərsiniz.

Mühüm qərarları müstəqil şəkildə qəbul edə bilərsiniz. Yaxın ətrafınızdakı insanların məsləhətlərinin hamısı yaxşı deyil. Xurafat qurbanı olmayın. Anlaşma və sövdələşmələr üçün əlverişli gün deyil. Alış-verişdə bədxərclik etməyin. Uşaqlar üçün nə isə ala bilərsiniz.

Əkizlər - əvvəllər əldə etdiyiniz təcrübə karınıza gələ bilər. Tanışlarınızın yol verdikləri səhvləri təkrarlamayın. Tanıdığınız insanların yanlışlıqlarını müşahidə edin, həmin yolla irəliləməyin. Problemlərin həllinə yaradıcı yanaşın. Ekstravaqant qərarlara meylli olmayın.

Çətin vəziyyətə düşmüş yaxın insana yardım edin. Qohumlardan birinə dəstək ola bilərsiniz. Romantik münasibətlər üçün münasib gün deyil. Praqmat olun, hisslərin qurbanı olmayın. Praktiki işlərə üstünlük verin.

Xərçəng - yaxın ətrafınızdakı insanların bəzi hərəkətləri və qərarları sizdə təəssüf doğura bilər. İnandığınız insanlardan biri sizi pərişan edəcək. Yalnız özünüzə güvənin, müstəqil çalışın. Dəstək və yardım gözləməyin. Situasiya ağırdır, bunu etiraf etmək gərəkdir.

Müttəfiq və dost arayın.

Maliyyə çətinlikləri yaransa da, bütün bunlar müvəqqəti səciyyəlidir. Planlaşdırılmamış xərclərdən boyun qaçırın, hisslərin və emosiyaların qurbanı olmayın. İşdə həmkarların dediklərini dinləyin. Maraqlı məqamları öyrənə bilərsiniz.

Şir - məhsuldar, amma ağır əmək tələb edən gündür. Uğur əldə etməyə imkan verən ideyalar bol deyil. Çətinlikləri həll etmək üçün baş sındırmaq gərəkdir. Yaxınlarınızın çoxsaylı məsləhətlərinə qulaq asmayın. Onlar sizi çaşdıra bilərlər. Müstəqil hərəkət edin. Maliyyə problemlərinin həlli üçün əlverişli gündür. Borcları qaytarın, ödənişləri gecikdirməyin.

Faydalı tanışlıqlar istisna deyil. Rəğbət bəslədiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Yaxşı məziyyətlərinizi və üstün cəhətlərinizi nümayiş etdirin. Alış-verişdə məntiqli davarnın. Dəvət aldığınız tədbirə qatılın.

Nüfuzlu insan sizinlə maraqlana bilər.


Qız - bütün diqqəti işlərə ayırın. Fikirləriniz dağınıq olmasın. Faydasız, mənasız söhbətlərə vaxt ayırmayın. İşgüzar tərəfdaşlarla əhəmiyyətli məsələləri müzakirə etmək üçün yaxşı gün deyil. Görüşlər tələskənlik və vurnuxma şəraitində keçməsin.

Təmkinli olun, diqqətli davranın. Əldə edilmiş müqavilələrin bəzilərini sonradan dəyişməyə zərurət yaranacaq.

Uşaqlıq dostlarından biri ilə görüş istisna deyil. Ötənlərin xatırlanması əhvalınızı yaxşılaşdıracaq. Yaxınlarınızla ünsiyyətdə qayğıkeş, səmimi olun. İnciklikləri unudun.

Tərəzi - çoxdan bəri hazırladığınız və həyata keçirmək istədiyiniz planları reallaşdırmaq üçün əlverişli gündür. Sərvaxt olun, sayıq davranın. Hadisələrin məcrasına süni təsir etməyin. Ətalətli, süst olmayın. Xoş sürprizlər, dəyərli hədiyyələr istisna deyil. Nüfuzlu şəxslərdən birindən dəstək alacaqsınız.

Məqsədə aparan yolda inamla irəliləmək üçün səy göstərmək gərəkdir.

Şəxsi münasibətlərdəki qarışıq məqamları araşdırmaq gərəkdir. Problemlərin mahiyyətini, anlaşılmazlığın səbəbini anlamağa çalışın. Hisslərinizi qaydaya salın. Sevdiyiniz insanla ünsiyyətdə güzəştlərə hazır olun.

Əqrəb - peşəkar fəaliyyət müstəvisindəki uğurlar böyük deyil. Lakin nailiyyətləri görməmək mümkün deyil. Əməyinizə görə ödəniş, pul və ya mükafat almağınız istisna deyil. Karyera ierarxiyasında irəliləyiş ola bilər

Yeni tərəfdaşla əməkdaşlıq sizə uzun müddət ərzində gəlir verə bilər. İş yerini dəyişibsinizsə, aktiv çalışın. Sizi ciddi uğurlar gözləyir.

Yaxınlarınızla istədiyiniz qədər vaxt keçirə bilməməyiniz sizi təəssüfləndirəcək. Dəyər verdiyiniz insanlar sizi laqeyd və ya soyuqqanlı davranışda suçlaya bilərlər. Dostlara vəd etdiyiniz görüşü təxirə salmayın.

Romantik təmaslarda diqqətli olun.

Oxatan - xırdalıqlara və detallara həddən artıq önəm verməyin. Bəzi təfərrüatları ümumiyyətlə, nəzərə almamaq gərəkdir. Ağır, həlli mümkünsüz, çətin təsir bağışlayan problemləri çözmək bəlli səylər tələb etsə də, çalışmalı olacaqsınız.

Həmin müşküllərin əksəriyyətini az sonra unudacasqınız. Köhnə dostların məsləhətləri pis deyil. Yaxınlarınızın dediklərini qulaqardına vurmayın.

İşgüzar tərəfdaşlar və müttəfiqlərlə ünsiyyət üçün ən yaxşı gün deyil. Köçmək, daşınmaz əmlakla bağlı problemləri həll etmək, məişət texnikası və mebel almaq üçün kredit götürmək ideyasını təxirə salın.


Oğlaq - önəmli hadisələr olmayacaq. Yeni ideyalar, qəfil məlumatlar istisna deyil. Cəsarətli planlar qurmaq olar. Həmin planlardan bəzilərini həyata keçirmək olar. Konkret ideyanı nəzərdə tutulan vaxtdan da tez həyata keçirmək olar. Səliqəli olun. Detallara və təfərrüatlara fikir verin. İşdə ciddi yanlışlıqlara yol verməyin.

Hesabatların hazırlanması və sənədləşdirmədə sayıq olun.

Səfər və ya səyahətlər üçün əlverişli zamandır. Sevdiyiniz insanla təmaslarda emosional davranmayın. Məişət çətinliklərinin öhdəsindən gəlməyə qohumlar yardım edəcəklər. Dəstək üçün xahiş etməli olmayacaqsınız.

Dolça - dərhal nəticənin əldə olunmasına hesablanmamış işlərlə məşğul ola bilərsiniz. Hadisələrin məcrasını təxminləməyə çalışanda bütün amilləri nəzərə alın. İdeya və ya layihələrinizin perspektivlərini hesablayın. Strateji planlaşdırma və uzunmüddətli sərmayələr üçün əlverişli zamandır.

Yaxınlarınızdan biri ilə bağlı önəmli məlumat alacaqsınız. Əldə etdiyiniz informasiyanı paylaşmağa tələsməyin. Bəzi məqamları sirr saxlamaq gərəkdir.

Hisslərinizi etiraf etməyin. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Sizi yanlış anlaya bilərlər.

Balıqlar - peşəkar fəaliyyət müstəvisində yaranan problemlərin həllində aktiv olun. Şəxsi münasibətləri işgüzar təmaslara qarışdırmayın. Daxili sədləri dəf edin. Davranışınızda yeniliklər edin, ətrafınızdakı insanları təəccübləndirin. Yeni tanışlıqlar xoş təəssüratlar bəxş edəcək. İşdə həmkarlarınızla müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. Yaltaqlara və məkrli insanlara inanmayın.

Hisslərinizi aşkarlamayın, emosiyalarınızın əsiri olmayın. Amma yaxın ətrafınızdakı insanlarla təmaslarda sərt və aqressiv olmayın.

Səhv etsəniz, nöqsanınızı dərhal etiraf edin. Sevdiyiniz insana dəyər verin.

Bolme: Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: