Qeydiyyat

Acı bibər yeyənlər daha sağlamdır

141


Vermont Universitetinin Larner Tibb Kollecinin alimlərinin apardığı araşdırmaya görə, acı qırmızı bibərin yeyilməsi hər şeydən əvvəl infarkta bağlı ölüm nisbətini 13% aşağı salır. Araşdırma PLoS ONA jurnalında nəşr olunub.

Əsrlərdir acı bibər və ədviyyatların, xəstəliklərin müalicəsində faydalarının olduğu hesab edilir. Ən son 2015-ci ildə Çində aparılan araşdırmada acı bibər istehlakı və ölüm nisbətlərilə əlaqəsi araşdırılmışdı. Yeni araşdırma bunu isbat edən nəticələr ehtiva edir.

Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusu (National Health and Nutritional Examination Survey - NHANES) III araşdırması istifadə edilərək 16,000 amerikalı üzərində 23 il boyunca məlumatlar toplandı.


Araşdırmada 2017-ci ildə tibb tələbəsi Mustafa Çopan və Dr.Benjamin Littenberg insanların acı qırmızı bibər istehlakını araşdırdı. Araşdırmaçılar ən çox acı qırmızı bibər istehlak edənlərin meksikalı-amerikalı gənc kişilər olduğunu göstərdi.

Bibərin tərkibində olan kapsaisin, hüceyrəvi və molekulyar mexanizmlərdə rol oynayaraq, piylənməni əngəlləyir, qan dövranını təşkil edir və hətta antimikrobiotik xüsusiyyətlər göstərməsi üçün əhəmiyyət daşıyır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: