Qeydiyyat

Bir yalanı tərk etmək bütün günahlardan çəkinməyə səbəb oldu

119


İslam əxlaqı kitablarında insan xislətlərini iki qismə bölürlər Bunlar insana məxsus yaxşı sifətlər-fəzilət sifətlər. Bir də insana məxsus mənfi sifətlər-rəzilət sifətlər.

İnsanda bir neçə rəzilət sifətləri vardır ki, bunlardan biri də yalan danışmaqdır. Yalan o qədər rəzil sifət hesab olunur ki, onu bəzən bütün günahların açarı kimi də tanıtdırırlar. Çünki yalan öz ardınca yalan tələb edir. Əgər bir şəxs kiçik bir yalan danışarsa, o yalanını müdafiə etmək üçün bir daha yalana məcbur olur. Beləcə yalan ardınca yalan gətirir.

Hətta təcrübələr göstərir ki, yalan öz ardınca tək yalanla kifayətlənməyib daha böyük fəlakətlər belə gətirə bilir. Böyük bir şeyin üstünü ört-bastır etmək üçün insan hər yola əl atır, hətta qətllərə, oğurluqlara, insan qaçırmağa belə vadar olur.

Amma yalanı tərk edən insan, bir daha doğru danışacağına söz verən insan heç vaxt əyri yola əl atmır. Çünki bu işləri gizlətmək üçün yalan danışmaq lazımdır, halbuki o yalan danışmayacağına söz verib.

Qurani Kərim də behşitin doğruçulara məxsus olduğunu vurğulayır: "Allah buyurdu: 'Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir." (Maidə-119)

Həmçinin rəvayətlərin birində deyilir:

"Bir gün bir gənc həzrət Peyğəmbərin (s) yanına gəlir və o həzrətdən (s) bir nəsihət istətir. Həm də elə bir nəsihət ki, onun həyatına təsir etsin. Allah Rəsulu (s) buyurur: "Düz danışan ol! Yalan danışma!" Gənc təəccüblənir və bir daha yalan danışmayacağına söz verərək ordan uzaqlaşır.

Gənc yol ilə gedərkən fikirləşir peyğəmbər (s) mənə yalanı tərk etməkdən başqa bir söz demədi, gedirəm yalandan başqa ürəyim istəyəni edim. O bir tanış qadınla görüşəcəkdi. O qadının evinə tərəf istiqamət aldı . Birdən yadına düşdü ki . soruşsalar hara gedirsən nə deyəcək? Axı yalan danışmayacağına dair söz vermişdi. Düz də desə abrı aradan gedər! Beləcə hansı pis işə meyl etdisə arxasında yalan danışacağını gördü.

Nəticədə bir yalanı tərk etməklə bütün günahları tərk etmiş oldu!"
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: