Qeydiyyat

Çorəkdən imtina etmək üçün 8 ən vacib səbəb

158


Yulaf, çovdar unu və ya kəpəkdən hazırlanan çörəklərə qarşı dietoloq və ya qastroenteroloqlar bir söz demir. İstədiyiniz qədər yeyə bilərsiz, lakin müasir texnologiyalarla əla növ buğda unundan hazırlanmış ağ çörəyin ziyanı, mütəxəssislərin fikrincə, xeyrindən çoxdur. Aşağıdakı səbəblərdən ağ çorəkdən imtina etmək məsləhət görülür.

1. FAYDASIZdır

Ağ çörək - əla növ undan istehsal edilmiş faydasız qida məhsuludur. Əlbəttə, buğdada faydalı maddələr çoxdur, lakin onlar dənlərin una çevrilmə prosesində yoxa çıxır. Yüksək növ unda cəmi 30% faydalı maddələr ola bilər. Onlar məhsul hazırlandıqdan sonra 2 həftə ərzində aktiv qalır. Bəs sonra? Tam faydasız olur.

2. DADSIZdır

Ağ çörək xüsusi dada malik deyil, elə ona görə də çoxları tərəfindən sevilir. Belə çörəyin bir dilimi onunla birgə yeyilən yeməyin dadını korlmaz. Amma bütöv dəndən hazırlanmış un məmulatları kimi də yaxşılaşdırmaz.

3. ZƏHƏRLİdir

Buğdaya olan tələbat daim artır: daha çox və daha tez əldə olunmalıdır. Bol məhsul almaq üçün istehsalçılar pestisidlərə pul xərcləməkdən çəkinmir, zərərverici həşərat və göbələklərdən qurtulmaq üçün isə zərərli kimyəvi maddələrlə əkini emal edirlər.

Unun ağ olması üçün o, yuyucu maddələrlə (xlor, natriumun və kalsiumun pirosulfatı, benzoilin peroksidi) ağardılır. Orqanizmə məhvedici təsirdən qaçmaq üçün çörəyin orqanik və ya rafinə olunmuş undan hazır olduğunu dəqiqləşdirmək lazımdır. İkincisi daha zərərlidir.

4. DƏRİDƏ PROBLEMLƏR yaradır

Kosmetoloqa pul xərclənməzdən öncə öz rasionunuzu gözdən keçirin. Dəridə səpkilər çox vaxt yanlış qidalanmanın nəticəsidir.

Ağ çörəyin tərkibində olan qlüten, demək olar ki, orqanizmdən çıxarılmır, bağırsaqların divarlarına çökərək onun liflərini zədələyir. Nəticədə digər məhsullarla qəbul olunan faydalı maddələr daha az sovrulur.

5. ASILILIQ yaradır

Kekslər, bulkalar, kruassan və pirojkilər asılılıq yarada bilər. Çörəyin bir dilimi qanda dəhşətli dərəcədə şəkərin ifrazına səbəb olur. Buna görə insana güc və gümrahlıq hissi verir.

Amma sürətlə qalxmış şəkər eyni sürətlə düşür və əllər növbəti çörək tikəsinə uzanır. Qanda şəkərin kəskin sıçrayışları zarafat deyil! Çörəkdən sui-istifadə şəkərli diabetə səbəb ola bilər.

6. Vaxtından öncə QOCALMAya səbəb olur

Diyetoloqlar yekdilliklə etiraf edir ki, un məmulatlarından çox istifadə edənlər adətən öz yaşlarından böyük görsənirlər. Qidalı maddələrdən məhrum olan ağ çörək cavanlıq və gözəlliyinizi artırmır. Çörək yesəz belə, yalnız çovdar və yulaf unundan və ya kəpəkdən hazırlanmış olsun.

7. HƏZMDƏ PROBLEM yaradır

Köp və qəbizlikdən əziyyət çəkirsiz? Buna səbəb yenə də glütendir, daha dəqiq desək, ona qarşı həssaslıq. Bu həssaslıq varsa, mədənin və bağırsaqların selikli qişası qidadan lazımi maddələri qəbul edə bilmir.

Orqanizmi lazımlı miqdarda sellülozla zənginləşdirmək və həzm sistemini normaya salmaq üçün yalnız bütöv dəndən hazırlanmış çörəkdən istifadə edin. Belə çorəyin

5-6 dilimində gündəlik sellüloz norması mövcuddur.

8. ARTIQ ÇƏKİyə səbəb olur

Undan imtina arzuladığınız fiquraya çatmaq yolunda atılan doğru bir addımdır. Çörəyin tərkibində olanlar qarın və digər nahiyələrdə yığılır, qlükoza şəklində qana keçir və dərhal aclıq hissi yaradır. Arıqlamaq üçün, çörəkdən tamamilə imtina etmək vacib deyil, bütöv dəndən hazırlanmış çörəkdən istifadə etmək olar.

Belə un məmulatları daha az kalorilidir, tərkibində çox miqdarda sellüloz və orqanizmə lazım olan mikroelementlər olur. Amma yenə də, yeyilmiş çörəyin miqdarına nəzarət etmək lazımdır.

Qeyd etmək istərdik ki, çörəkdən tam imtina həddən artıq yorğunluğa, səbirsizliyə, əsəb gərginliyinə səbəb ola bilər. Ona görə gündə bir dilim bütöv dəndən hazırlanmış çörək nəinki fiquranızı korlamaz, hətta depressiyalardan da qoruyar.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: