Çay paketlərində yüzlərlə cücü və həşəratın qalıqları var.
Bu barədə alman genetik alimi Henrix Krenvihel bildirib.
O, açıqlamasında çayda 200-dən çox ayaqlı həşəratın izlərini tapdığını deyib.
Onun sözlərinə görə, müasir elm üçün bitki ilə təmasda olan heyvan və həşəratların izini tapmaq asan iş deyil.
"Çox sirli, spesidik bir əlaqə var, bu barədə biz az bilirik. Çünki elm bunu aşkarlamaq üçün az iş görüb. Bu, heç kimə maraqlı deyil.
Alim çalışmasında nanə, çobanyastığı və çay yarpaqlarını analiz edib .
"Mən bir neçə mağazadan müxtəlif sort çaylar aldım. Xüsusi DNT analizi ilə çay paketlərində olan yarpaqlarda 200-dən çox həşəratın DNT qalıqlarını tapdım.
Bütün çay növlərində 1200-ə yaxın həşərat izi tapılıb.
Eksperimentin nəticəsi Biology Letters dərgisində çap olunub.