Qeydiyyat

Bu mürəbbənin soyuqdəyməyə faydası yoxdur

154


Moruq mürəbbəsinin sağlamlığa faydaları həddən artıq şişirdilir, amma dondurulmuş və ya qurudulmuş moruq barədə eyni sözü demək olmaz.

Diyetoloq Yuliya Xoxolkova Sankt-Peterburq telekanalına müsahibəsində bu giləmeyvədən maksimum fayda əldə etməyin yollarını izah edib.

Moruq ən faydalı və populyar yay giləmeyvələrindən biridir, immuniteti gücləndirir, əhval-ruhiyyəni qaldırır və damarların işinə kömək edir. Bununla belə, qidalanma mütəxəssisi xəbərdarlıq edib ki, məhsul təzə olarkən bütün xüsusiyyətlər qorunur. Lakin bişirildikdə və ya konservasiya olunduqda giləmeyvə ətirini və dadını saxlasa da, faydalarından məhrum olur. Odur ki, ekspert soyuqdəymə üçün mövsümdə təzə moruq yeməyi, payız-qış dövründə isə təzə dondurulmuş və ya dondurulmuş və qurudulmuşdan istifadə etməyi məsləhət görür.

"Moruq mürəbbəsi giləmeyvənin bütün faydalı təsirinin demək olar ki, itirilmiş versiyasıdır. Soyuqdəymə ilə mübarizədə moruq mürəbbəsinin rolu həddən artıq şişiridilir, lakin onu dondurulmuş və ya qurudulmuş şəklində istifadə etmək daha yaxşıdır", - mütəxəssis qeyd edib.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: