Qeydiyyat

Günahla necə mübarizə aparaq?

169


Əgər günahla mübarizə aparmaq istəyiriksə, nə etməliyik?

1. Əgər günahla mübarizə aparmaq istəyiriksə, ilk növbədə imana və düzgün etiqada malik olmalıyıq. Çünki imanı olmayan insanın günahla mübarizə aparmağa gücü çatmaz. Ona görə də dinimiz imana xüsusi diqqət göstərən bir dindir.

Günahla mübarizə aparmaq üçün ilk olaraq imanı gücləndirmək və günahın nə qədər çirkin bir əməl olduğu ilə tanış olmaq lazımdır. İmanı gücləndirəmək üçün isə saleh əməllər yerinə yetirmək lazımdır.

2. İslam dini cəmiyyət mühitini pak saxlamaq üçün heç kəsə icazə vermir ki, bir başqasının həyatına dəxalət etsin. Əgər günahından xəbərdar olarsa, onu aşkar etməsin. Həmin şəxsə xəlvət yerdə nəsihət verib doğru yolu göstərsin.

3. Günahla mübarizə aparmaq üçün insanları əmr-be-məruf və nəhy-əz-munkərə təşviq etmək lazımdır. Əgər cəmiyyət ümumi halda fəsaddan uzaq olarsa, fərdi günahla mübarizə aparmaq daha asan olar.

4. Axirətdə günahkarları gözləyən cəzalara nəzər salmaq və bu haqda təfəkkür etmək. Quran buyurur: "Qohum qohuma göstərilər, (lakin dəhşətin şiddətindən bir-birlərinə fikir verməzlər,) günahkar arzu edər ki, kaş o günün əzabından (qurtarmaq üçün) fəda edə biləydi öz oğullarını, Həm zövcəsini və qardaşını, Həm də (dünyada) ona sığınacaq verən yaxınlarını və qövmünü (qəbiləsini), Və yer üzündə olanların hamısını - təki bu iş ona (o günün əzabından) nicat versin. Belə deyildir, (günahkar nicat tapmaz, əksinə) o (Cəhənnəm) alovlu dillər çıxan atəşin şöləsidir". ("Məaric" 11-15).
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: