Biz nə qədər etsək də xüşu ilə namaz qıla bilmirik
Rəvayətdə gəlmişdir ki, şeytanın iki rəkət namazı dörd min il çəkdi. Halbuki, bizim bir saatlıq namaz qılmağa gücümüz çatmır.
Fitr bayramı axşamı min dəfə "İxlas" surəsi oxumaqla namaz vardır. Biz nə qədər etsək də xüşu ilə namaz qıla bilmirik.
Əgər Allah bizə hal versə, gecə namazı qılırıq və ən çoxu yetmiş dəfə istiğfar edirik. Bu hal qurtaran kimi namazımızı bitiririk. Ancaq şeytan iki rəkət namazı dörd min ilə qurtardı.
Adəm bir tərki-övla etdiyi üçün iki yüz il ağladı. Hələ o günah etməmişdi, bu qədər ağlayıb tövbə etdi. Peyğəmbərlər günah etmirlər və şeytan onları aldada bilmir.
Çünki onlar ixlaslı bəndələrdir. Onlar tərki-övla etməkdən də qorxurlar. Ona görə də Allah qarşısında bu işərinə görə tövbə edirlər, uzun müddət bu işlərinə görə peşman olub ağlayırlar.