Qeydiyyat

Sağlam qida- qarğıdalı

481


Qarğıdalı Azərbaycanın dağ və dağətəyi rayonlarında geniş yayılmışdır. Dərman məqsədilə yağından və saçaqlarından istifadə olunur. Saçaqları meyvə yetişən zaman toplanır, kölgəli yerdə və yaxud quruducularda 400C-də qurudulur. Saçaqların tərkibində K vitamini, askorbin və pantoten turşuları, karotinoidlər, saponinlər, qətran maddələri, efir yağları və s. vardır. Xalq təbabətində qarğıdalı saçaqlarından duru ekstrakt və dəmləmə şəklində xolesistitlərin və hepatitlərin müalicəsində ödqovucu, böyrəklərdə daş olan zaman sidikqovucu kimi, eləcə də qankəsici dərman kimi istifadəolunur.
Ödqovucu kimi:
20 qr qarğıdalı saçağını 1 stəkan suda 1 saat qaynatmaq və süzmək lazımdır. Bu mayedən gündə 4 dəfə 2 xörək qaşığı içmək məsləhətdir.
Sidikqovucu kimi:
1 xörək qaşığı qarğıdalı saçağının üzərinə 200 ml su tökülür. Qaynar su hamamında 20 dəq qaynadılır və süzülür. Gündə 3 dəfə, hər dəfə 50 ml yeməkdən əvvəl içilir.
Aterosklerozda:
Qarğıdalı yağı orqanizmdə lipid mübadiləsinə müsbət təsir göstərir, aterosklerozun müalicə və profilaktikasında istifadə edilir. Qarğıdalı yağından bu məqsədlə hər gün 75 qr qəbul etmək məsləhətdir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: