Qeydiyyat

Əgər həya olmasaydı...

316


Çox sayda hədislərdə həyanın təsirlərinə toxunulmuşdur. Onlardan bəzilərinə işarə edək.

1. Allaha məhəbbət. Həzrət Peyğəmbər (s) buyurur: "Allah həyalı insanı sevir və inadkar insanın həyasızlığına nifrət edir".

2. İffət. İmam Əli (ə) buyurur: "Həyanın səmərəsi iffətdir".

3. Günahların pak olması. İmam Səccad (ə) bu haqda buyurur: "Dörd şey vardır ki, əgər insanda olarsa, İslamı kamil və günahları pak olar. Allahla həmin bəndədən razı olduğu halda görüşər. Hər kəs insanların xeyrinə olan şeyi Allaha xatir yerinə yetirərsə, insanlarla düz danışarsa, insanların və Allahın yanında çirkin sayılan şeylərdən həya edərsə, ailəsi ilə xoş rəftar edərsə".

4. Həzrət Peyğəmbər (s) həyanın təsirini belə şərh etmişdir: "Həyadan qaynaqlanan şeylər: yumşaqlıq, mehribanlıq, aşkarda və gizlində Allahı yada salmaq, sağlamlıq, pislikdən uzaqlaşmaq, xoşüzlülük, güzəşt və bağışlamaq, insanlar arasında yaxşı ad qazanmaqdır. Bu aqil insanın həyadan əldə etdiyi faydalardır".

İslam mənbərlərində həyasızlığa aid də çox sayda hədislərimiz vardır. Onlardan ancaq birinə işarə edək. İmam Sadiq (ə) şagirdi Məfəzzələ buyurur: "Ey Məfəzzəl! Əgər həya olmasaydı, insan heç bir zaman qonaq qəbul etməzdi.

Vədinə vəfa etməzdi, insanların ehtiyacını yerinə yetirməzdi, yaxşılıqlardan uzaq olardı, pis işlər görərdi. Bir çox vacib və lazımlı işlər də həyaya görə yerinə yetirilir.

İnsanların bir çoxu əgər həya etməsəydilər, valideyn haqqına riayət etməzdilər. Sileyi-rəhm etməzdilər. Əmanəti lazımlı şəkildə geri qaytarmazdılar, əxlaqsızlıqdan çəkinməzdilər".
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: