Qeydiyyat

Ən təmizkar və ən pinti BÜRCLƏR - SİYAHI

359


Təmizlik işləri görmək bəzən olduqca yorucu olsa da dağınıq, toz basmış evdə yaşamağı heç kim arzu etmir. Bəziləri təmizliyə həddən ziyadə diqqət yetirirlər. Bir çoxları üçün isə bu ikinci və ya daha sonrakı planda olur.

Bürclərin təmizkarlığa nə qədər diqqət yetirdiyini araşdırıb.

Qoç

Qoçlar dəqiq və həddindən artıq təmizkar insanlardırlar. Əgər təmizliyə başlasalar, davamı mütləq gələcək. Gördükləri hər şeyi təmizləyirlər. Həyat fəlsəfələri "öz başının çarəsinə özün bax" olan qoçlar hər zaman bu sözə görə öz işlərini özləri görür və hər yerdə lider olmağa çalışırlar.

Buğa

Buğalar planlı iş görürlər. İşlərini planlamasalar, təmizliyə başlamırlar. Həmişə A və B planları mövcuddur. Təmizlik əsnasında çox yorulmamaq üçün qısa aralar verirlər və onları da əvvəlcədən hesaplayırlar. Başladıqları işi mütləq sonlandırırlar. İntizamlı buğaların dağınıqlıqdan zəhləsi gedir.

Əkizlər

Eyni anda bir neçə işi görmək istəyirlər. Hər nə qədər də təmizlik işlərini səliqəsizliklə görsələr də, nəticədə təmizkardırlar. Tez-tez dəyişiklik axtarışında olan əkizlər çox vaxt təmizlik edəndə əşyaların yerlərini dəyişdirirlər.

Xərçəng

Təmizliyə həmişə eyni yerdən başlayırlar. İlk işləri hamamı təmizləmək olur. Vaxtlarını ən çox orada xərcləyirlər. Təmizlik ləvazimatları onlar üçün çox vacibdir.

Şir

Şirlər heyrətamiz dərəcədə təmizkardırlar. Hətta təmizlik etdikdə rahatlaşırlar. Təmizliklə bərabər evlərini bəzəməyi çox xoşlayırlar. Evlərində etdikləri dəyişikliklər onlara rahatlıq hissi yaşadır.

Qız

Ən təmizkar bürcdür. Qız bürcü hər zaman təmizlik etmək istəməyə bilər, ancaq etsə, ən qısa müddətdə edəcək. Təmizlik mövzusunda heç kimə etibar etmir və öz işini özü görür. Detallara fikir verir və gözündən heç nə qaçmır.

Tərəzi

Təmizlik etməyi çox xoşlamasalar da, dağınıqlıqdan xoşları gəlmir. Ancaq ehtiyac olanda evi təmizləyirlər. Evləri üçün tez-tez aksesuarlar alırlar və onları yerləşdirməkdən xoşları gəlir.

Əqrəb

Təmizliyi xoşlayırlar. Evlərində hər şey nizam-intizamlıdır. Başladıqları işi məsuliyyət ilə sona çatdırırlar. Evləri rənglidir və isti abu-havaya malikdir.

Oxatan

Dağınıqlıqdan xoşları gəlmir. Evləri həmişə təmiz və səliqəli olur. Sərbəst yaşamağa üstünlük verirlər və evlərindəki dekorasiyada da bu abu havanı yaradırlar.

Oğlaq

Görəcəkləri işlərin siyahısı həmişə əvvəlcədən hazır olur. Onlar təmizliyi hər gün etməlidirlər. İlk əvvəl evi süpürürlər, hər yerin tozunu alırlar, daha sonra isə hər yeri silirlər.

Dolça

Təmizlik mövzusunda həssas olan dolçaların təmizkarlıqları hər kəs tərəfindən bilinir. Gün boyu evdə nə qədər iş görsələr də, yenə də əllərində bez parçası ilə gəzib, hər yerin tozunu alırlar.

Balıq

Evlərinin təmiz olması onlar üçün əsas məsələlərdən biridir. Təmiz evdə otrub bir fincan qəhvə içmək onların əhval-ruhiyyələrini qaldırır. Sərbəstlikləri ön planda olan balıqlar evlərində valehedici otaq ətirlərindən istifadə edirlər.
Bolme: Maraqli / Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: