Qeydiyyat

Qara istiotun faydaları

347


Qara istiotdan insanlar qədim zamanlardan istifadə etmişlər. Qədim zamanlarda ondan indikindən də çox istifadə edilib. Qədim tibbi kitablarda qara istiotun faydaları haqqında bir çox yazılara rast gəlmək mümükündür. Əlyazmalarda qədim hind və yunan həkimlərinin bir çox xəstəliklərin müalicəsi zamanı qara istiotdan istifadə etdikləri barədə yazılara tez-tez rast gəlinir.
Qara istiot əsrlər boyu mətbəxtdə də dadlandırıcı ədviyyat kimi istifadə edilib.
Qara istiot həzmi yaxşılaşdırmaqla yanaşı mədə-bağırsağın işini sürətləndirir. O müxtəlif xəstəliklər zamanı iştahaçıcı kimi təsir göstərir. Qara istiot mədədəki xlorid turşusunun işini asanlaşdırır və qaz əmələ gəlməsinin qarşısını alır. O orqanizmdə zülalların mübadiləsində yaxından istifadə edir.
Qara istiot orqanizmi toksinlərdən təmizləmək qabiliyyətinə malikdir, tərlədici və sidikqovucu təsirə malikdir. Qara istiot soyuqdəymə zamanı bədənə istilik verir və xəstəliyin simptomlarının azalmasına yardım edir.
Antiseptik və ağrıkəsici xüsusiyyətləri bir çox xəstəliklərin müalicəsində yüngülləşdirici təsir göstərir.
Tədqiqatlar qara istiotun ürək fəaliyyətinə yaxşı təsir göstərdiyini sübut etmişdir. O ürək-damar sisteminin fəaliyyətini və qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır.
Onu normadan artıq qəbul etdikdə əsəb sistemində qıcıqlanmaların əmələ gəlməsinə səbəb olur, buna görə də əsəb xəstələrinə qara istiotdan çox istifadə etmək məsləhət görülmür
Qara istiotu düyün şəklində saxayıb, lazım olduqda əzmək lazımdır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: