Qeydiyyat

Bu şirələr orqanizmi cavanlaşdırır

432


Kaliforniya Universitetinin alimləri belə qənaətə gəliblər ki, cavan qalmaq istəyənlər ancaq maye içməlidirlər. Daim gözəl və təravətli görünmək istəyənlərə alimlər təkibində antioksidant olan 6 içki təqdim edib. Onlar həm də cavanlaşdırıcı funksiyaya malikdir.

Həmin içkiləri təqdim edir:

1. Alma şirəsi
Ateroskleroz, qaraciyər, sidik kisəsi xəstəlikləri, böyrək daşlarının yaranmasının qarşısını alır. Mədə-bağırsaq sistemini tənzimləyir, orqanizmdən sərbəst radikalları, toksinləri və şlakları kənarlaşdırır. Az kalorili alma şirəsi yüksək dərəcədə dəmirlə zəngindir. Bu da fiziki gücü artırır, yorğunluğu aradan qaldırır, infeksion xəstəliklərdən qoruyur, ürək-damar sistemini və ağciyərləri
müalicə edir.

2. Albalı şirəsi
Dişləri, yaddaşı möhkəmlədir, görmə qabiliyyətini gücləndirir, əzələ ağrılarını aradan qaldırır. Tərkibində olan dəmir və maqnezium sayəsində, orqanizm hemoqlabin ilə tam təmin olunur. Albalı
şirəsini sidik kanalında olan infeksiyaları yox etmək üçün içirlər. O, iştahanı tənzimləyir, bəlğəmgətirici xarakterə malikdir. Sən demə, albalı şirəsi həm də bütün növ xərçəng xəstəliklərinin yaranmasının qarşısını alır.

3. Qarağat şirəsi
Bakterisid təsir göstərib, böyrəkləri, sidik kanalını, bağırsaq infeksiyalarını, damağı, mədə xorasını
müalicə edir, bağırsaqdakı qurdları kənarlaşdırır. Şəkər xəstələrinə qarağat şirəsi içmək daha çox vacibdir. Allergiya ilə mübarizə aparır, görmə qabiliyyətini gücləndirir, damarları elastikləşdirib, qırışların qarşısını alır.

4. Üzüm şirəsi
A, C və B vitamin qrupu, kalsium, fosfor, kalium, mis, dəmir, maqnezium və kükürd ilə zəngin olan bu şirə maddələr mübadiləsini gücləndirir, həzmi yaxşılaşdırır, şlakları təmizləyir və arıqlamağa kömək edir. Dərini, dırnaqları və saçları maksimum səviyyədə gözəlləşdirən üzüm şirəsi infeksiyalarla mübarizə aparır, damarları və oynaqları möhkəmləndirib, qanı və qaraciyəri təmizləyir, yaddaşı gücləndirib, döş xərçəngi ilə mübarizə aparmağa kömək edir.

5. Nar şirəsi
Yüksək dərəcədə antioksidant, C və B vitaminləri ilə bol olan bu şirə bütün orqanizmə, eləcə də ürək-damar və əsəb sisteminə xeyirlidir. Dəri, saç, dırnaq və oynaqları yaxşılaşdıran şirə hemoqlabini yüksəldir, orqanizmi əməliyyatdan sonra bərpa edir, böyrəyə, mədə-xorasına anginaya, damar təmizlənməsinə, qripə, həzmə və iştahanın tənzimlənməsinə olduqca xeyirlidir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: