Qeydiyyat

Quran möminlərə şəfadır

508


وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا

"Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır." (İsra, 82).
İzah: Quran insanı daxildən silkəyən bir öyüddür. Ürəkləri günaha aludəlikdən və şirkə bulaşmaqdan təmizləyən şəfaverici bir dərmandır. Cəhalət və xurafat zülmətlərini yaran parlaq bir çıraqdır.

Möminlər üçün rəhmət səbəbi, kafir və könlü kor olanlar üçün daha çox uzaqlaşma vasitəsidir. Bəli, kim Quran ayələrinə əməl edib, onun məfhumlarına can-dildən inansa, Allahın mərhəməti ona nazil olacaq, ruhi və fiziki ağrıları dincələcəkdir.

Digər tərəfdən, kim bu geniş nemət süfrəsindən faydalanmasa, onun hökmlərinə və maarifinə laqeyd yanaşsa, onun azğınlığı artacaqdır. Çünki artıq ona dəlillər tamamlanmış (bəhanəsi kəsilmiş), nemət əzaba çevrilmişdir.

Hədis: İmam Baqir (ə): "Quran qariləri (qiraətçiləri) üç dəstəyə ayrılır: Birinci dəstə Quranı peşə olaraq faydalanmaq, padşahlardan muzd almaq və xalq arasında fəxr etmək üçün oxuyanlardır; İkinci dəstə Quranı oxuyan, sözlərini əzbərləyən, amma ona əməl etməyənlərdir; Üçüncü dəstə (şəfa tapsınlar deyə) Quranın şəfaverici məcununu xəstə qəlblərinə sürtənlərdir." (Kafi, c. 2, səh. 627, hədis: 1).
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: