Zilhiccə ayının içində olduğumuz üçün həccə gedə bilməyən və onun arzusunda olanlar üçün Məsumlar (ə) tərəfindən tövsiyə edilmiş namaz vardır ki, onu qılmaqdan qafil olamayaq.
Yəqin ki, bir çoxlarınız bu namazla tanışsınız. Ancaq o kəslər ki, bu namazın qılınma qaydasını bilmirlər, onları bilikləndirmək istəyirik.
Zilhiccə ayının ilk on gününün çox böyük fəzilətləri vardır. Bu ayda edilən ibadətlərin xüsusi əcri vardır. Bu ibadətlərdən biri də həmin tövsiyə etdiyimiz namazdır.
Bu namazı Zilhiccə ayının ilk on günündə qılmaq lazımdır. Hər kim bu namazı qılarsa, hacıların əməllərinə şərik olar.
Zilhiccə ayının ilk gecəsindən başlayaraq məğrib və işa namazları arasında iki rükətli namaz qılırsan ki, qılınma qaydası belədir:
- Hər rükətdə "Həmd" ("Fatihə") surəsindən sonra "Tövhid" ("İxlas") surəsi oxunur, sonra "Əraf" surəsinin 142-ci ayəsini oxunur:
وَوَاعَدْنَا مُوسَى ثَلاَثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَقَالَ مُوسَى لأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلاَ تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
("Və və 'ədnə Musə sələsinə ləylətən və ətməmnəhə bi'əşrin fətəmmə miqatu rabbihi ərbə'inə ləylətən və qalə Musə liəxihi Hərunəxlufni fiqavmi və əslih və lə təttəbi'(axırı sakin 'ayn) səbiləl-mufsidin").
Hər kim bu ayəni əzbərdən bilməzsə, onu Qurandan və ya yaddaş etdiyi kağızdan, telefondan oxuya bilər.
Allah qəbul eləsin.