Qeydiyyat

Qurani-Kərimdə dəstəmazın, namazın, orucun zikrin fəlsəfəsi barədə

405


1. Dəstəmaz və təharətin fəlsəfəsi. "Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız, yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükür edəsiniz". ("Maidə" 6).

2. Namazın fəlsəfəsi. "Şübhəsiz, bu Mənəm - tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!". ("Taha" 14).

3. Zikrin fəlsəfəsi. "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).

4. Orucun fəlsəfəsi. "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183).

5. Həccin fəlsəfəsi. "Və insanları ümumi şəkildə (Allah evinin) həcc(in)ə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar. Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər". ("Həcc" 27-28).

İmam Əli (ə) buyurur: "Allah imanı vacib etmişdir ki, bizi şirkdən pak etsin. Namazı vacib etmişdir ki, bizi təkəbbürdən aşağı salsın. Zəkatı vacib etmişdir ki, insanların ruzisi çoxalsın".

Beləliklə, Qurani-Kərimi düşünərək oxuyan insan, burada bütün sualların cavabını tapa bilər.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: