Qeydiyyat

Səssizlik sinirləri və ürəyi müalicə edir

403


Müasir dövrdə insanlar daim səs-küyün içində yaşayır. Maşınların, məişət və ofis texnikasının, televizorların, müxtəlif gəcetlərin səsi bizi daim əhatə edir.

Xüsusilə bu şəhər sakinlərinə aiddir.

Müxtəlif ölkələrdə aparılmış araşdırmalar sübut edib ki, səs-küy insan sağlamlığına ciddi ziyan vurur - ürək-damar, sinir, cinsiyyət, immun sisteminin fəaliyyətinə mənfi təsir edir. Güclü səs orqanizmdə stress hormonlarının (adrenalin, noradrenalin, kortizol) ifrazını artırır. Bu hormonların səviyyəsinin orqanizmdə daim yüksək olması baş ağrılarına, arterial təzyiqinin artmasına, yuxusuzluğa, piylənməyə, hətta sonsuzluğa səbəb olur.

Amerika alimləri sübut edir ki, aeropot və ya trass yollarının kənarında yaşayan insanlarda ürək-damar sistemi xəstəliklərinə, infarkt və insulta sakit yerlərdə yaşayan insanlarla müqayisədə daha tez-tez rast gəlinir. Daily Mail xəbər verir ki, alimlərin fikirinə görə, güclü səs insan həyatını qısaldır.

Əksinə isə səsssizlik insanın sağlamlığına çox müsbət təsir edir - təzyiqi və nəbzi normallaşdırır, sinirləri sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı, təfəkkürü yaxşılaşdırır, immun və cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir.

Alimlər insanlara sakit yerlərdə (meşə, dağlar, dəniz kənarı və s.) tez-tez olmağı, evdə və ofisdə səsin səviyyəsini azaltmağı tövsiyə edirlər.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: