Qeydiyyat

Məsləhət dinləməyən BÜRCLƏR - Kimlər yalnız öz bildiklərini edir?

434


Bəzi insanlar kiminsə onlara nə edəcəyini söyləməsinə nifrət edirlər. Bu vəziyyət onlarda deyilənlərin əksini etmək istəyi yaradır.

Həmin bürclərin siyahısını təqdim edir:

1. Dolça

"Sözə yox, onu deyənə bax" deyimi var ki, bu söz tam dolça üçün yazılıb. Çünki əvvəlcə ona nə edəcəyini deyən adama baxır. Hörmət etdiyi, örnək götürdüyü, özündə çoxlu zəhməti olan birisidirsə, yerinə yetirməsə belə sözünü dinləyir. Amma vecinə almadığı və dəyərli görmədiyi birisi ilə milçək vızıldayan kimi davrana bilər.

2. Şir

Təbii ki, insana müxtəlif cür müdaxilələr və deyilə biləcək sözlər var. Nəzakətlə demək, xəbərdarlıq etmək, məsləhət vermək, xahiş etmək, tapşırıq vermək olar. Bu siyahını uzatmaq və genişləndirmək də olar. Ancaq şir bürcündən söhbət gedirdə, bu kitab açılmadan bağlanır. Çünki heç kəsin nəyisə özündən yaxşı bildiyinə inanmır. Ona görə də nə etməsindən asılı olmayaraq, şirə nə edəcəyini söyləməyinizin faydası yoxdur.

3. Buğa

Buğa da ona nə edəcəyini söyləyən insanları sevmir. Xüsusilə, iş yerində tək işləmək və ya ən azından qərar anlarında tək qalmaq onlar üçün daha üstündür. Kimsə ona rişxənd edərsə, o, özünü əsəbi və qəzəbli hiss edə bilər. İnsanların danışmasına rəğmən işi ləngitmək, ziyanı bahasına olsa belə, deyilənlərin əksini etməkdən çəkinmir. Ona görə də onların yaxasından düşmək daha məntiqli olardı.

4. Əkizlər

Ağıllı əkizlər həyatın demək olar ki, hər sahəsində təcrübəsi var. Demək olar ki, hər şey haqqında nə edəcəyini bilir. Bu səbəbdən məsləhət verən insanların məsləhətlərini tətbiq etmək mövzusunda da çox seçicidir. Öz sahəsində avtoritet olmayan heç kimə qulaq asmaz. Bu səbəblə istədikləri qədər danışsınlar, əkizlər heç vaxt deyilənlərə ciddi yanaşmırlar.

5. Qoç

Tək başına bir respublika olan qoç hər şeyi öz yolu ilə etmək istəyir. Bunun üçün də risk edir, heç kimin fikrini soruşmur. Kimsə fikrini soruşmadan onlara nəsə desə, bu qoçlarda qıcıq yaradır. Əgər kimsə verdiyi qərara görə ona "etmə" deyirsə, bu, onu yalnız daha iddialı edir və diqqətini məqsədə yönəltməyə kömək edir. Bu qərar müsbət nəticə verməsə belə, ondan dərs alır və yoluna necə baxacağını bilir.
Bolme: Maraqli / Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: