Qeydiyyat

Yayın əsas rəngi ilə dəb oyunları - Sekiller

571


Laym yaşılı olduqca müstəqil rəngdir. Sarı və yaşılın birləşməsindən yaranan bu rəngi başqaları ilə uzlaşdırmaq elə də asan deyil. Odur ki, yaşıl paltar almaq vəziyyətdən ən rahat çıxış yolu olacaq.

Yaşılın bu çaları yayın əsas rəngləri sırasında yer alır.

Yaşıl sarafan almısınızsa, aksessuarlar uyğun və ya ziddiyyətli ola bilər. Narıncı, sarı və ya ağ rəngli çanta və ayaqqabı ilə belə bir paltar əla görünəcək.

Klassik üslubun pərəstişkarlarına parlaq şalvar kostyumlar təklif olunur. Pencəyi ağ mayka və ya ağ paltar üzərindən də geyinə bilərsiniz.

Yaşıl bluz və köynəklər həm cins şalvarla, həm də klassik şalvarla gözəl görünəcək. Yubka və şalvarın boz çalarlarına xüsusi diqqət yetirməyi məsləhət görürük: bu rəng yaşıl rəngə daha uyğun sayılır.

Bundan əlavə, laymın daha parlaq çaları obrazın əsas vurğusu ola bilər. Ən sadə seçim: neytral rənglərdə bir köynək və cins şortiki parlaq pencəklə tamamlayın. Bu geyimdə siz istənilən yerə gedə bilərsiniz: ofisdən tutmuş dostlarla gəzintiyə və ya yay şənliyinə qədər.

Aksesuarların və ya ayaqqabıların köməyi ilə daha cəlbedici dəst yarada bilərsiniz. Həm klassik rənglərlə, həm də parlaq tonlarla ideal görünəcək. Məsələn, bənövşəyi və ya mavi ilə...














Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: